Ayaqqabıların təzə görünməsi üçün nə etməli?

Ayaqqabıların təzə görünməsi üçün nə etməli?Hər kəs ayaqqabılarını uzun illər geyinmək istəyir. Xüsusilə də, brend ayaqqabı alanlar verdikləri pulun batmasını istəmirlər. Hər geyinəndə ayaqqabınızın təptəzə görünməsini
istəyirsinizsə, onlara qulluğu əsirgəməməlisiniz.

Bəs, ayaqqabıya necə qulluq etmək lazımdır?

Əslində, bu iş zənn etdiyinizdən də asandır. Sadəcə, aşağıdakı qaydaları yadınızda saxlayın:

*İlk qayda hər gün eyni ayaqqabını geyinməməkdir. Çünki mütəmadi olaraq geyilən ayaqqabının forması pozulur və köhnə görünür. İki ayaqqabı seçin və növbə ilə, bir gündən bir geyinin.

*Mövsüm dəyişikliyi səbəbi ilə uzun müddət geyinməyəcəyiniz ayaqqabıların içərisini kağızla doldurub qutularda saxlayın. Beləliklə, ayaqqabının forması pozulmaz və rütubətə məruz qalmaz.

*İslanmış ayaqqabını sobanın və ya istilik sisteminin yanına qoyaraq qurutmağa çalışmayın. Çünki belə etsəniz, ayaqqabının dərisi çatlaya bilər. Parça və laklı ayaqqabının isə rəngi solar.

*İslanmış dəri ayaqqabıları öncə qəzet kağızına bükün, daha sonra günəşin altına qoyaraq qurumasını gözləyin.

*Ayaqqabını boyayarkən keyfiyyətli boyalardan istifadə edin.

*Dəri ayaqqabını həftədə bir dəfə badam yağı ilə silin.

*Məxmər ayaqqabılar xüsusi qulluq tələb edirlər. Onların üzərinə su keçirməyən sprey sıxaraq mühafizə edin.

*Zamşa ayaqqabıları fırça ilə təmizləyin.

*Laklı ayaqqabıları isə həftədə bir dəfə vazelinlə silin.

*Ayqqabıdakı ləkələri təmizləmək üçün iki xörək qaşığı sodanı isti suda qarışdırıb həmin su ilə ayaqqabını silin.

*Ayaqqabıdakı ləkələri asetonla da təmizləyə bilərsiniz.

Mənbə:publika.az

Maraqlı     Baxılıb: 5392   Tarix: 02 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

turlar.az

gozel gorunmek toy makiyajlari qis geyimləri 2026 sevinc tofiqqızı yuxu pozğunluğu zaur baxşəliyev qizliq perdesinin berpasi kosmetika azerbaycan hesaplama novruz novruz bayramına aid hakıştalar hamilelik