Ayaqyalın gəzməyin bilmədiyiniz FAYDALARI

Ayaqyalın gəzməyin bilmədiyiniz FAYDALARIBəşəriyyət milyonlarla il ayaqyalın keçinib və yalnız son bir neçə əsrdə ayaqqabı geyinməyə başlayıb. Tədqiqatçı alimlərin sözlərinə görə, ayaqyalın gəzəndə daban fərqli şəkildə formalaşır. Ayaqabının yaratdığı təzyiq nəticəsində daban böyüyür, pəncə isə daralır. Ayaqqabısız çox gəzənlərin isə ayağı daha genişlənir, dolayısı ilə təzyiq dabana yox, pəncə və ayaq barmarlarına daha çox yayılır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, çox sayda bioloji aktiv nöqtələrin ayaqda cəmləşdiyi çoxlarına məlumdur. Pəncə və dabanın masajla müntəzəm stimullaşdırılması daxili orqanların fəaliyyətini yaxşılaşdırır, immun sistemini artırmağa kömək edir və yastıayaqlığın qarşısını alır.
Alimlər bu qənaətə gəlib ki, uşaq nə qədər tez ayaqyalın gəzməyə başlasa, bir o qədər yaxşıdır. Ən azı ilk 9 ayda uşağa ayaqqabı geyindirmək olmaz. Ayağın aktiv şəkildə formalaşması uşağın ilk addımları ilə başlayır və birinci sinifə getməsi ilə sona çatır. Odur ki, uşağın yeriməyə başlamasından 7 yaşına qədərki dövr vacibdir, sonra çox gec ola bilər!
Bütün məktəb yaşına çatmamış uşaqlar üçün normal hesab edilən fizioloji ayaq yastlığına qalib gəlmək üçün qeyri-bərabər səthdə yeriyən zaman həmişə pəncəni yükləmək lazımdır. Bu da o deməkdir ki, əsas təzyiq dabana yox, pəncəyə verilməlidir. Bu, əzələləri işləməyə məcbur edəcək, daban sümüyünü bərkidəcək və onun düzgün formalaşmasında əhəmiyyətli rol oynayacaq.
Harada ayaqyalın gəzmək xeyirdir?
Çimərlikdə qum ayaqları masaj edərək sakitləşdirir və rahatlaşdırır, bu, ayaqlar üçün təbii skrabdır;
Çəmənlik ayaqlarda sinir uclarını stimullaşdırır;
Uşaqların kəskin temperatur dəyişikliyi olan səthlərdə (qaynar qum, isti asvalt, qar və buz) ayaqyalın gəzməyi tövsiyə edilmir.
Mühüm tövsiyələr:
Yayda təbiətə üz tutun və uşağın ayaqqabısını çıxardın. Qoy o, çınqıl, ot, qum, kələ-kötür meşə yollarında ayaqyalın gəzsin.
Qışda ortopedik xalçalardan istifadə edin. Onlar sərt və yumşaq otun səthini təqlid edir.
Əgər yer və imkan varsa, kiçik tramplin alın. Onun üzərində uşaq tullananda əzələlər gərilir və pəncə böyüyür.
Uşağa divanda və yataqda ayaqyalın gəzməsini qadağan etməyin.
Uşağa evdə səndəl geyindirməyə tələsməyin. Mütəxəssislərin fikrincə, döşəmədə ayaqyalın gəzmək ayağın inkişafına ayaqqabıdan daha yaxşı təsir edir.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2559   Tarix: 19 iyun 2019
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

qaşların formalari makiyaj etmek qaydalari reseptler soz haqqinda atalar sozu ureyin isemik xestelikleri çimərlik dəbi goyemin faydasi kosmetika atalar sözləri kley lekesi haqisda rus dili vusale elizade