Aygün Bəylərin ölüm xəbəri yayıldı -YENİLƏNDİ - AÇIQLAMA
20:09
Əməkdar artist Aygün Bəylər vəfat edib.
Axşam.az-ın əldə etdiyi məlumata görə, o, bu gün Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xəbəri Axşam.az-a onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib.
"Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər" deyə, aktyor əlavə edib.
Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.
22:06
Xəbər verdiyimiz kimi bir neçə saat öncə Əməkdar artist Aygün Bəylərin Ankarada dünyasını dəyişdiyi xəbəri yayılıb.
azxeber.com-a bu haqda məlumat verən əməkdar artistin adının açıqlanmasını istəməyən ailə üzvü xəbəri təkzib edib.
"Aygün xanım sağdır. Nəfəsi də gedir, gəlir çox şükür. Bu xəbəri hansı savadsız yayıbsa, ona ayıb olsun. İnşallah Bakıya gəlir və hər şey yaxşı olacaq" deyə o bildirib.
Xatırladaq ki, Aygün Bəylər uzun zamandır xərçənglə mübarizə aparır.
Aysel Hacızadə









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi