Aygün Kazımova: "Heç kim mənim jurnalistlərlə aramı vura bilməz"

Aygün Kazımova: "Heç kim mənim jurnalistlərlə aramı vura bilməz""İlk olaraq qeyd edim ki, mən sənətə gəldiyim ilk gündən media ilə, mətbuat işçiləri ilə dost olmuşam, hər zaman onları yanımda görmüşəm və bu hər zaman belə olacaq"

Bu sözləri AZXEBER.COM-a açıqlamasında xalq artisti Aygün Kazımova Lider TV-nin bayram çəkilişi zamanı mətbuat işçiləri ilə arasında yaşanan anlaşılmazlığa münasibət bildirərkən deyib.

Xalq artisti qeyd edib ki, həmin ərazidi sayt əməkdaşlarının olduğundan xəbərsiz olub və konsertə də telekanal izləyicilərini təbrik etmək üçün qatılıb: "Mən ümumiyyətlə konsertin formatından, ssenarisindən xəbərsiz idim. Ora digər müğənnilər kimi dəvət almışam və təbrik üçün səhnəyə çıxmışdım. Hətta orada müsahibə də verdim və əsgərlərimizi yeni il münasibətilə təbrik etdim. Bir daha qeyd edirəm ki, mən ümumiyyətlə orada jurnalistlərin olmasından xəbərsiz olmuşam, onların çadıra buraxılmama səbəbini də bilmirəm. Mən orada jurnalist dostlarımızın olmasını saytlardakı xəbərlərdən oxudum. Yaxşı olar ki, jurnalistlərin çadıra buraxılmamasının səbəbini məndən yox, konsertin təşkilatçılarından soruşsunlar. Bu əgər mənim öz konsertim olsaydı və jurnalistlər ora buraxılmasaydı, yazılanlar haqlı olardı. Amma bir daha qeyd edirəm ki, mən hadisədən xəbərsiz olmuşam. Əgər orada jurnalistlər mənə yaxınlaşsaydı və mən onları saytlardakı yazıldığı kimi həmin ərazidən qovsaydım, o zaman onlar haqlı olardı. Ancaq öz adımdan deyə bilərəm ki, belə hal heç vaxt ola bilməz"

Aygün Kazımova media ilə onun arasına girmək istəyən şəxslərin olduğunu deyib: "Görünən odur ki, bəzi şəxslər mənim mətbuatla olan səmimi münasibətimdən narahat olublar və mənə qarşı belə bir addım atıblar. Tamaşaçılar da bilir ki, mən bu günə qədər hətta jurnalistlərin belə ağlına gəlməyən səmimi açıqlamaları məhz mediaya vermişəm. Bu hər zaman da belə olacaq, kimlərsə bizim aramıza girmək istəyirsə, bu həmin şəxslərin problemidir. Bir daha qeyd etmək istəyirəm ki, o konsert Lider TV-nin idi və orada açılan çadırda kimin olub, kimin olmadığından, kimin oradan çıxarılmasından xəbərsiz olmuşam. Hətta mən orada bir nəçə fotoqraf üçün pozlar da vermişəm və sonradan köməkçim mənə dedi ki, onlar sayt fotoqrafları olublar. Bir daha deyirəm ki, heç kim mənim jurnalistlərlə aramı vura bilməz".

Xalq artisti eyni zamanda ondan incik düşən jurnalistlərlə hər zaman görüşüb, onları dinləməyə hazır olduğunu da deyib.

Xatırladaq ki, bu gün "Qafqazinfo" xəbər portalında Aygün Kazımovanın jurnalistləri çadırdan qovduğu haqda xəbər yayımlanıb.

Xəbərlər     Baxılıb: 1853   Tarix: 28 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Demans riskini azaltmaq üçün ideal yuxu müddəti

Alimlərin fikrincə, demans riskini azaltmaq üçün ideal yuxu müddəti gecə yeddi-səkkiz saatdır. xəbər verir ki, yuxu çatışmazlığı uzun müddətdir ki, demensiya riskini artırır. Yeni tədqiqatlar göstərir ki, bu, sonrakı həyatd

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

turlar.az

həkim məsləhəti kosmetoloq toy makiyajlari cennet almasinin hazirlanmasi xina bayatilari reseptler monika belluççi kosmetika bayatilar hakıştalar gozde olar novruz bayramina aid hakisdalar hakışta