Aygün Kazımova: "Qapı sındırdığım anlar olub"
"Sənətdə olmağımı ən gec ailəm qəbul edib. Narazı idilər. Ən sonda ailəm və qohumlarım müğənniliyimi qəbul etdi və fəxr etdi. "Əməkdar artist" adı alanda dedilər, səhv edirmişik. Evdən çıxa bilmirdim, qapıları bağlayırdılar ki, məşqlərə gedə bilməyim. Eyvandan tullanıb qaçmağa çalışırdım, gətirib açarı verirdilər ki, yaxşı, get. Qapı sındırdığım anlar olub".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Fatehin divanı" verilişində deyib. Müğənni sənətə gəlməsindən və valideynlərinin qadağalarından danışıb. O bildirib ki, ailəsi onun müğənni olmasını "Əməkdar artist" fəxri adı alandan sonra qəbul edib.
Kazımova "Azərbaycanda qadın olmağın ən çətin tərəfi nədir" sualına belə cavab verib:
"Gözəl, uğurlu, gözəgəlimli qadın oldunsa, qanın getdi. Amma sənətin, peşən varsa, cəmiyyətdə öz sözünü demisənsə, qanın qayıtdı".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür