Azərbaycan 2016-cı ildə bu MƏŞHURLARI İTİRDİ- SİYAHI

Azərbaycan 2016-cı ildə bu MƏŞHURLARI İTİRDİ- SİYAHIYola salmağa hazırlaşdığımız 2016-cı il Azərbaycanda bir çox olaylarla yadda qaldı. Siyasi yeniliklər, iqtisadi istilahatlarla yanaşı bu ili böyük itkilərlə geridə qoyuruq. 2016-cı ildə ölkəmizin bir çox dəyərli ziyalıları, tanınmış şəxsləri dünyasını dəyişib.

Cari ildə dünyasını dəyişən tanınmışlarla bağlı məlumatları oxuculara təqdim edir:

2016-cı ilin fevral ayında akademik Cəlal Əliyev 88 yaşında dünyasını dəyişib. Mərhum akademik onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifi olub. Azərbaycan Milli Məclisinin deputatı olub və "İstiqlal" ordeni ilə təltif edilib. Cəlal Əliyev fevralın 1-i l Fəxri xiyabanda qardaşı akademik Aqil Əliyevin yanında dəfn olunub.

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub yanvarın 9-da dünyasını dəyişib. O, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Z. Yaqub I Fəxri xiyabanda dəfn olunub.

İlin ən yaddaqalan hadisələrindən biri xalq artisti İlhamə Quliyevanın gözlənilməz ölümü idi. Fevralın 25-də səhər saatlarında halı pisləşən xalq artistinin həyatını xilas etmək mümkün olmayıb. Onun ölümünə hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması səbəb olub. Xalq artisti II Fəxri Xiyabanda dəfn olunub.

Akademik Nizami Süleymanov dekabrın 2-də haqq dünyasına qovuşub.

Xalq yazıçısı Maqsud İbrahimbəyov da bu il itirdiklərimiz ziyalılardandır. O, mart ayının 22-də dünyasını dəyişib. İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın Xalq şairi, tanınmış publisist Söhrab Tahir mayın 4-də vəfat edib. Şəkər xəstəliyindən əziyyət çəkən şairin hər iki ayağı amputasiya olunmuşdu.

Yanvarın 29-da xalq artisti Musa Mirzəyev ölümü ilə sevənlərini kədərləndirdi. O, ölümünə qədər mikro insult diaqnozu ilə müalicə olunurdu.
Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, "Şöhrət" ordeninə layiq görülüb və prezident təqaüdçüsü olub.

Filologiya elmləri doktoru, BDU-nun klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Xalid Əlimirzəyev yanvarın 30-da vəfat edib. X.Əlimirzəyev 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində işləyib. 84 yaşında dünyasını dəyişən mərhum professor doğulduğu Qəbələ rayonunda dəfn olunub.

Azərbaycan Musiqili Komediya Teatrının aktyoru, bir sıra filmlərdə uğurlu rollar oynamış Məcid Dadaşov uzun sürən xəstəlikdən sonra bu ilin aprelin 16-da dünyasını dəyişib.

Aktyor, rejissor assistenti Arif Qasımov martın 7-də vəfat edib.

Əməkdar mədəniyyət işçisi, nazir müavini Fərəh Şəkinskaya aprelin 20-də 80 yaşında son mənzilə yola salınıb. O, milli mədəniyyətimiz sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdü.

Avqustun 31-də tanınmış bəstəkar Oqtay Zülfüqarov dünyasını dəyişib. Xalq artisti II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan tanınmış bəstəkar və dirijor Nəriman Əzimov noyabrın 19-da 80 yaşında həyatını itirib. Xalq Artisti, Prezident təqaüdçüsü Nəriman Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

Oktyabrın 20-də səhər saatlarında Azərbaycanın ilk kukla rəssamı, əməkdar rəssam Solmaz Musayeva 89 yaşında dünyasını dəyişib.

Bu il futbol dünyasına da ağır itki üz verib. Azərbaycanın tanınmış futbol veteranı Valeri Hacıyev yanvarın 8-də uzun sürən xəstəlikdən sonra 75 yaşında vəfat edib.

Beyin xərçəngindən əziyyət çəkən məşhur boksçu Emil İsrafilbəyov (Emil Baku) yanvarın 18-də sevənləri ilə əbədi vidalaşıb.

Sabirabad rayonunun keçmiş icra başçısı Səmid Səmədov da bu il itirdiyimiz dəyərli insanlar sirasındadır. O, fevralın 13-də vəfat edib. S.Səmədov 1992-1993-cü illərdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Tofiq Bəhramov adına Respublika Stadionunun sabiq direktoru Akif İsmayılov fevralın 26-da dünyadan köçüb.

Akif İsmayılov uzun sürən xəstəlikdən sonra 52 yaşında canını tapşırıb.

Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimi Mirkamil Rəhimov uzun sürən xəstəlikdən sonra 2016-cı ilin martın 31-də haqq dünyasına qovuşub.

Mayın 22-də şair Anar Həbiboğlu 43 yaşında son mənzilə yola salınıb.

Lider Televiziyasının "Səda" İnformasiya Depatamentinin əməkdaşı, tanınmış jurnalist İlqar Qulusoy iyulun 9-da qəfil ölümü ilə bütün qələm əhlini sarsıtdı. Mərhum jurnalistin 2 övladı yadigar qalıb.

Azərbaycan Silahlı Qüvvələrinin istefada olan general-mayoru Əli Kazımov uzun sürən xəstəlikdən sonra 2016-cı il oktyabr ayının 26-da ömrünün 60-cı ilində dünyasını dəyişib.

Kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, əməkdar elm xadimi Akif Əzizov noyabrın 20-də 73 yaşında vəfat edib./azvision/

Xəbərlər     Baxılıb: 2438   Tarix: 14 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

kosmetika mehsullari reseptler geyim seçimi hakışta xınayaxdı bal maskasi uz ucun prezervativ ideal toy kosmetika azerbaycan naz mila uşaq nece olur sac duzumleri nağıllar