"Azərbaycan belə toy görməmişdi..." - Xəyyamın gecə 4-də qurtaran toyunda görün nə oldu - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün müğənni Xəyyam Nisanovun möhtəşəm toy mərasimi baş tutub.
BiG.AZ xəbər verir ki, Nərmin adlı model xanımla nikah masasına əyləşən ifaçının toyu dəbdəbəli dekorasiyası ilə diqqət çəkib.
Xəyyamın yaxın dostu olan bəstəkar, müğənni Murad Arif təəssüratlarını belə bölüşüb:
"Dostumun toyu bitdi. Xəyyam - Murad Arifin Azərbaycan şou-biznesində dost deyə biləcəyi nadir adamlardandır. Məni az-çox tanıyırsınızsa, bu fakt çox şeydən xəbər verir. Bax, belə bir oğlanın toyu idi bu gün...
Toy nə toy...?! Moskvadan gələn Balet truppası, rejissorlar, İsraildən gələn jazz-funk qrupu, Buta Palasın bugünədək gördüyü ən gözəl dekor, Ani Lorak, Leonid Agutin... Toy gecə saat 4-ə qədər davam etdi. Ayaqlarım sızlayır... Həftələrlə hazırlaş, ideyalar, təkliflər, studiyada Xəyyamdan xəbərsiz sürprizlər, tərtibat, masalar, dəvətnamələr, müzakirələr, danışıqlar, dünən nikah məclisi idarə etmək, bu gün qonaqları qarşılamaq, yola salmaq, səhnədən təbriklərim, stress, həyəcan, kövrəlmək, coşmaq... Nə deyim? Azı 2 kilo çəki itirdim.
Buna dəyərdi! Müzakirəsiz, müqayisəsiz məsələdir ki, Azərbaycan şou dünyası bugünədək belə toy görməyib! Bu, sadəcə ilin toyu yox, şou dünyasının başına gələn 1 nömrəli toyu idi və Xayyam da məhz belə toya layiqdir".









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir