Azərbaycan geyimləri Rusiyada alqışlarla qarşılanıb - FOTOLAR
Müsabiqədənkənar təqdim olunan Azərbaycanın milli geyimləri festivalın qonaqları və iştirakçıları tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Gülnarə Xəlilovanın kolleksiyasından olan Azərbaycanın milli geyimləri İrkutskun (Rusiya) "V. Bronşteyn Qalereyası" sərgi mərkəzində keçirilən VI Beynəlxalq "Etno Poliumu. Birlik" etnik geyim festivalının açılışında təqdim olunub.
G. Xəlilova bildirib ki, "Etno Poliumu. Birlik" festivalı unikal xalq, tarixi və stilizasiya edilmiş geyimlər, bəzək əşyaları yaradan, öz xalqının mədəniyyətini, tarixini və məişətini əks etdirən ustadların və yaradıcı insanların görüş yeridir: "Festival zamanda unikal səyahət etməyə, müxtəlif millət və konfessiya nümayəndələrini birləşdirməyə, keçmişdən günümüzədək olan kolleksiyaların orijinallığına və özünəməxsusluğuna, geyim ənənələrinə və müasirliyinə, geyim və bəzək əşylarındakı avanqarda tamaşa etməyə imkan verir".
Həmçinin, münsiflər heyətinin tərkibinə Lidiya Sokolova-Serbskaya (sədr), Yekaterina Rebeja, İqor Sarapulov, Qombo Tuqalaq, Raisa Lobatskaya və Yelena Şipilova daxil olublar. Layihə rəhbəri – Roza Xaltuyeva.
Festival İrkutsk vilayətinin Qubernator İdarəsi və hökumətinin dəstəyilə Baykalyanı yerli xalqların Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilib.


















İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin