Azərbaycan həbsxanalarında dustaqlar nə yeyirlər? - "Ət, toyuq, balıq, şokolad..." - VİDEO

Azərbaycan həbsxanalarında dustaqlar nə yeyirlər? - "Ət, toyuq, balıq, şokolad..." - VİDEOSon günlər sosial şəbəkələrdə gedən müzakirələrdə cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların qida rasionu gündəmə gətirilib. Bəzi keçmiş məhkumlar dustaqlara ümumiyyətlə ət verilmədiyini iddia edir. Digərləri isə bayramdan bayarama toyuq əti verildiyini bildirir. Hər gün yaxınlarının cəzaçəkmə müəssisələrinə müxtəlif qidalardan hazırlanmış bağlamalar gətirmək məcburiyyətini isə məhkumların qida rasionunun zəif olması ilə əlaqələndirirlər.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov modern.az-a bildirib ki, dustaqlara verilən qidaların siyahısı normativə uyğun hazırlanır:

"Məhkumların qidalanması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş normalar əsasında həyata keçirilir. Məhkumların qida rasionunda ət, toyuq, balıq, müxtəlif çeşidli tərəvəzlər var. Eyni zamanda, azyaşlı məhkumlar, hamilə qadınlar, diabet xəstələri üçün ayrıca yeməklər hazırlanır. Müalicə müəssisəsində saxlanılan, vərəmli, infeksiyalı və digər profilli xəstələr üçün tamam başqa menyuda xörəklər hazırlanır. Onlar gücləndirilmiş dietadan istifadə edirlər. Onların səhhətinin, fiziki durumunun normal saxlanılması üçün çox yaxşı qida lazımdır. Bildiyiniz kimi, vərəmli məhkumlar çox sayda dərman pereparatları qəbul edirlər. Bu cür xəstələrə şokoladdan tutmuş süd məhsullarına qədər hər şey verilir".

M.Sadıqov qeyd edib ki, "məhkumlara ət verilmir!" iddiasında olanlar həqiqətə uyğun olmayan məlumatlar yayır:

"Məhkumun həftələrlə ət yeməməsi kimi bir hal qətiyyən ola bilməz. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında bişirilmiş qidalar orada saxlanan məhkumların tam fiziki durumda olmasına kifayət edir".Şöbə rəisi "bayram günlərində məhkumların qida rasionu hansı şəkildə təşkil edilir" sualını belə cavablandırıb:

"Milli bayram günlərində hər bir müəssisədə müdiriyyətin təşəbbüsü ilə bayram süfrələri açılır. Menyuda aş-qara, müxtəlif növ şirniyyatlar və s. olur. Nəinki məhkumlar üçün, hətta mühafizə alayının və konvoy taborunun əməkdaşları üçün də bayram süfrələri təşkil olunur".

Xəbərlər     Baxılıb: 1569   Tarix: 19 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

hamiləlik qis geyimləri 2026 yay kolleksiyasi geyim kombinasiyalari dirnaqlara qulluq qaydalari ana və uşağın ev məktəbi zorlama kosmetika hakisda veten haqqinda atalar sozu vətən novruza aid hakisdalar maskalar