Azərbaycan mədəniyyətinə növbəti AĞIR İTKİ! Əməkdar artist vəfat elədi - FOTO

Azərbaycan mədəniyyətinə növbəti AĞIR İTKİ! Əməkdar artist vəfat elədi - FOTOAzərbaycan mədəniyyətinə ağır itki üz verib.
Publika.az xəbər verir ki, Gəncə Dövlət Dram teatrının aktyoru, respublikanın əməkdar artisti Faiq Məsim oğlu Qasımov ömrünün 68-ci baharında qəflətən vəfat edib.
O, 25 avqust 1948-ci ildə anadan olub. 1965-ci ildən Gəncə Dövlət Dram teatrında aktyor kimi fəaliyyətə başlamışdır. Realist aktyor məktəbinin istedadlı nümayəndəsi olan Faiq Qasımov hər zaman yaradıcılığında yumorun təbiiliyi, ifadə vasitələrinin əlvanlığı ilə seçilirdi.
Onun Gəncə teatrının səhnəsində bir-birindən maraqlı obrazları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanırdı. Şərif, Pirqulu ("Almaz" və "Aydın"- Cəfər Cabbarlı), Göyüş, Xəfiyyəbaşı ("Kişilər" və "Ulduzlar görüşəndə"-Altay Məmmədov), Aslan, Mirzə Qərənfil, Casus ("Nişanlı qız", "Xoşbəxtlər" və "Küləklər"-Sabit Rəhman), Fındıqburun ("Diribaş adamlar"-Vasili Şukşin), Hacı Qara ("Hacı Qara"-Mirzə Fətəli Axundzadə), Heydər ("Qız atası"-Əfqan Əsgərov), Çingiz ("Bəxtsiz cavan"-Əbdürrəhim bəy Haqverdiyev), Rodriqo və kassio, Cani ("Otello" və "III Riçard"-Vilyam Şekspir), Qara kişi ("Gəl qohum olaq"- İsi Məlikzadə), Təlxək ("Tariyel"-Məmmədəli Nəsirov), Uolter ("Üç qəpiklik opera"- Bertolt Brext), ikinci sərxoş ("Mənim günahım"-İlyas Əfəndiyev), Polad ("Qoruqlar"- Əliağa Kürçaylı), Rauf ("Mezozoy əhvalatı"-Maqsud İbrahimbəyov), Paollo ("Uzaq sahillərdə"-İmran Qasımov və Həsən Seyidbəyli), Dito ("Araba hələ aşmayıb"-Otiya İoseliani), Şəkəralı ("Günəşlə oyananlar"- Qeybulla Rəsulov), Tolya Jarikov ("Mükafat"- Aleksandr Gelman), Mirpaşa ("Komsomol poeması"- İsgəndər Coşqun), Seyran ("Səadət sorağında"-Teymur Məmmədov), Lətif ("Yaxın adam"-İsi Məlikzadə), Xəlil ("Qaçaq Nəbi"-Süleyman Rüstəm), Əli Məmməd Dilbəri ("Əli Məmməd Dilbəri"- Səttar Zərdablı), İvan İvanoviç ("İvan İvanoviç var idimi?"-Nazim Hikmət), Vartan ("Üçatılan"- İlyas Əfəndiyev), Toyuq oğrusu ("72-ci kamera"-Orxan Kamal), İonitse ("İctimai rəy"-Aurel Baranqa), Eldar ("Yeddi oğlan və bir qız"- Rövşən Ağayev), Əzrayıl ("Dəli Domrul"- Altay Məmmədov), Germes ("Odu atma, Prometey!"-Mustay Kərim), Kürd Musa ("Vaqif"-Səməd Vurğun), Heydərqulu ("Həyat"-Mirzə İbrahimov), Pavel Yesenski ("Zəngli saat"-Osvald Zaqradnik) obrazları Faiq Qasımovun yaradıcılığının əsasını təşkil edirdi.
Faiq Qasımov Gəncə Dövlət Dram teatrında özünəməxsus bir sənət məktəbi yarada bilib. O, son illər teatrın səhnəsində bir-birindən maraqlı pyeslərə səhnə həyatı bəxş etməklə quruluşlar verib. Teatr xadimlər ittifaqının üzvü, "Qızıl Dərviş" mükafat laureatı adına layiq görülüb.
Mərhumla vida mərasimi 24 yanvar 2017-ci il saat 11-dən 14-dək Gəncə Dövlət Dram teatrının binasında olacaq. Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcək.
Allah rəhmət etsin !

Xəbərlər     Baxılıb: 3716   Tarix: 23 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir". xəbər veri

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

turlar.az

toy makiyajlari qadın geyimi geyim seçimi yeni paltarlar 2026 qarağatın faydaları ayaqqabi ve cantalar displaziya kosmetika kley lekesi fitat baldıza aid hakışta sevda veten haqqinda bayatilar