Azərbaycan tibbində yenilik - xəstə yuxuda ikən
Dövlət xəstəxanasında yuxu labaratoriyası yaradılır.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, belə laboratoriyalarda - xüsusi otaqda bir gecə videomüşahidə altında yatan pasiyentin 8 saat ərzində bütün fizioloji funksiyaları monitorinq edilir.
Dövlət tibb müəssisələri arasında ilk belə yuxu laboratoriyası Respublika Klinik Xəstəxanasında yaradılacaq. Ancaq ölkədə ilk və yeganə yuxu labaratoriyası 2010-cu ildən özəl xəstəxanalardan birində yaradılıb.
Həmin labaratoriyanın məsul həkimi, kardioloq Yusif Nağıyev deyir ki, son zamanlar müraciət edənlərin sayında artım var.
Kardioloq deyir ki, yuxu laboratoriyasındakı videomüşahidədən sonra pasiyentin beyin potensialı, qanda oksigen təminatı, tənəffüsü, xoruldama, əzələ tonusu, gözün hərəkəti, ürəyin fəaliyyəti, nəbzin diaqnostikası və s. kimi təhlillər aparılır.
Mütəxəsiss onu da bildirdi ki, TƏBIB-in resursları hesabına belə labaratoriyanın yaradılması təqdirəlayiqdir.
Əgər yuxu testi icbari tibbi sığortaya daxil edilsə, bu yolla ilkin səviyyədə xəstəlikləri aşkarlamaq mümkün olacaq.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi