Azərbaycanda deputatlara ev verildi

Azərbaycanda deputatlara ev verildiAzərbaycanda millət vəkillərinə kvadratmetri 152 dollardan olan mənzillər verilib.

Qadinsayti.az gununsesi.info-ya istinadən xəbər verir ki, bina "Ağ şəhər" deyilən ərazisinə yaxın yerdə (Gürcüstan, Belarus, Ukrayna, Qazaxıstan səfirliklərinin yaxınlığında) "KAT Ltd" tərəindən tikilib. Məlum olub ki, 2003-cü ildən başlanan 2 bloklu 12 mərtəbəli göydələnin istifadəsi 2016-cı ilin dekabr ayının son günlərində baş tutub. Məlumatlı mənbənin bildirdiyinə görə, binanın tikintisinin bu qədər uzun çəkməsi isə hazırda iflas həddində olan adıçəkilən tikinti şirkətinin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən olub. 2003-cü ildə mənzilə ehtiyacı olan 54 millət vəkilinə yaşayış binası tikilməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) yerləşdiyi ərazidə yer ayrılmışdı. Ancaq sonradan belə məsləhət bilindi ki, deputatlar üçün bina indi "Ağ şəhər" deyilən əraziyə yaxın yerdə tikilsin, həmin ərazidə isə FHN-in binası tikilsin. O vaxtdan da bu yana əzablı günlər başlandı. Binanın tikintisi ilə məşğul olan "KAT Ltd" müxtəlif bəhanələrlə binanın tikintisini düz 13 il uzatdı və axır ki, ötən il son günlərində mənzillərin açarları indiki və sabiq deputatlara təqdim olundu"-deyə, daha sonra məlumatlı mənbə bildirib.

Qeyd edək ki, 54 sabiq və indiki deputatdan əslində cəmi 13-ü həmin binada yaşayacaq. Çünki qalan 41 nəfər zamanında həmin şirkət tərəfindən tikilən ayrı-ayrı binalarda mənzillə təmin olunduqları üçün indi onların adlarına olan mənzillər satışa çıxarılacaq. 13 nəfərə düşən mənzillərin həcmi isə hər biri ayrı-ayrılıqda 180-220 kvadratmetrdir və hər bir kvadratmetri də 152 dollardan hesablanıb. Yəni, keçmiş və indiki deputatlar mənzilləri üçün ümumilikdə 35-40 min dollar arası pul xərcləməli olublar. Lakin şirkət indi qalan mənzilləri nə az-nə çox, kvadratmetrini 1800 manatdan çatışa çıxarıb.

Onu da qeyd edək ki, yeni binada mənzil alanlar arasında spiker Oqtay Əsədov, Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, parlament Aparatının Komitə və komissiyalar ilə iş şöbəsinin müdir müavini, sabiq millət vəkili Rüfət Ağalarov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və digər indiki və sabiq millət vəkilləri var.

Xəbərlər     Baxılıb: 1550   Tarix: 06 yanvar 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

turlar.az

toy makiyaji sekilleri aksessuarlar geyim necə seçməli oxucu mektubu uşaq xəstəlikləri uz maskalari razyana çayı kosmetika sevgi gulmeli hakista veten haqqinda atalar sozu kahfe fali buga burcu