Azərbaycanda dostlardan meşədə 2 bacıya qarşı BİABIRÇI ƏMƏL: zorladılar, qardaşlarının yanında...

Azərbaycanda dostlardan meşədə 2 bacıya qarşı BİABIRÇI ƏMƏL: zorladılar, qardaşlarının yanında...Zorlamada təqsirli bilinən Gədəbəy rayon sakini, 1995-ci il təvəllüdlü Eldar Məmmədov, onun dostları və həmyaşıdları Samir Bağırov, Faiq Ağayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xanim.az publika.az-a istinadən xəbər verir ki, Eldar Məmmədov 27 sentyabr 2015-ci ildə, saat 11 radələrində Gədəbəy rayonunun Novosaratovka kəndinin ərazisindəki bazarda əvvəllər tanıdığı Samir Bağırov ilə rastlaşıb.

Bazarda görüşdülər, içki məclisi qurdular

Həmin vaxt Eldar Məmmədov görüşərək sonuncunu Çobankənd kəndində yerləşən evinə dəvət edib. Samir də Eldarın dəvətini qəbul edib və birlikdə Samirgilə gedib.

Onlar bir yerdə evdə nahar edib, spirtli içki qəbul ediblər. Sonra saat 16 radələrində Eldar rayonun Şahdağ kəndində yaşayan tanışı Faiq Ağayevə zəng edib, ona dostunun qonaq gəldiyini deyib, birlikdə yeyib-içməyi təklif edib.

Faiq Ağayev onun təklifini qəbul etdikdən sonra elə həmin gün axşam saatlarında Çobankənd kəndi ilə İnəkboğan kəndinin arasındakı meşəlik ərazidə "Arı bulağı" adlanan yerdə görüşməyə razılaşıblar.

Meşə yolunda qonaqlıq və iki qadın

Həmin gün saat 19 radələrində Eldar və Samir "Arı bulağı" adlanan yerdə Faiqlə görüşüb. Onlar orada torpaq yolun kənarında yemək yeyib, spirtli içki qəbul ediblər.

Saat 20 radələrində onlar əvvəllər tanımadıqları İnəkboğan kənd sakinləri – Səidə və Məlahətin meşə yolu ilə Saratovka kəndi istiqamətində getdiklərini görüblər, bu zaman Eldar onları səsləyib.

Qadınlarla cinsi əlaqə tələbi

Hər üçü Səidə və Məlahətə yaxınlaşıb və cinsi əlaqədə olmağı təklif ediblər. Hər iki qadın onların bu təklifinə qəti etirazlarını bildirib və yollarına davam etmək istəyiblər.

Bu zaman Eldarla Faiq öz cinayətkar niyyətlərini həyata keçirmək və hər iki qadına qarşı zor tətbiq etməklə, onlarla cinsi əlaqədə olmaq niyyətinə düşüblər.

Bu məqsədlə Eldarla Faiq Səidəyə yaxınlaşıblar. Onlar qadını tutaraq cinsi əlaqədə olmaq istəklərini həyata keçirməkdə israrlı olduqlarını bildiriblər.

"Sən mənliksən" dedi, hücuma keçdi

Həmin vaxt Samir Məlahətə yaxınlaşaraq "sən mənliksən" deyib və onun üzərinə hücum edib. Samir qadını yerə yıxaraq, zorla cinsi əlaqədə olub. Həmin vaxt Məlahətə bədən xəsarətləri də yetirib.

Sonra ayağa qalxan Samir digər dostlarının hələ də bir qadınla çırpışdıqlarını, niyyətlərini həyata keçirə bilmədiklərini görüb. Onlara yaxınlaşaraq "bir qızın öhdəsindən də gələ bilmirsiz", - deyərək hər iki dostuna irad tutub.

Meşədə dostların qız davası

Sonra o, Səidənin sifətinə yumruqla bir zərbə endirib, ona xəsarət yetirib. Həmin vaxt Səidə aldığı xəsarətlərdən huşunu itirib.

Bunu görən Eldar Samirə "sən mənim qızımı vura bilirsən, mən səninkini vura bilmirəm?", - deyib və Məlahətə yaxınlaşıb. O, Səidənin sifətinə yumruqla bir zərbə vurub və sonra digər dostlarının yanına qayıdıb.

Bacılarının arxasınca gələn qardaşa amansızlıq

Təxminən 2-3 dəqiqə ərzində davam etmiş bu zorakılıq zamanı bacılarının arxasınca gələn Novruz ora çatıb. O, hər üç dostun bacılarına qarşı etdikləri hərəkətlərini görüb və onları dayandırmağa çalışıb.

Bu zaman dostlar Novruza hücum edib, ona müxtəlif dərəcəli bədən xəsarətləri ilə nəticələnən yumruq və təpik zərbələri vurublar.

Bacısını dərədə gizlətdi

Bu zaman Məlahət Eldar, Samir və Faiqin başlarının qardaşı Novruzu döymələrinə qarışmasından istifadə edib, aldığı zərbələrdən huşunu itirmiş bacısı Səidəni yolun kənarındakı dərəyə tərəf çəkib, üstünü qurumuş ağac yarpaqları ilə örtərək gizlədib.

Sonra Məlahət özü də bir qədər irəlidəki dərədə gizlənib və üzərində olan mobil telefonla Gədəbəy rayonunun Novosaratovka kəndində yaşayan digər bacısı Ləmana zəng edib, hadisə barədə məlumat verib, onu köməyə çağırıb.

Atlı qadından qorxan dostlar oranı tərk etdilər

Novruzu döyüb, onun sağlamlığına qəsdən yüngül zərər vurduqdan sonra Eldar, Samir və Faiq öz cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Məlahət və Səidəni təxminən 40 dəqiqə ərzində səsləyərək axtarıblar.

Lakin, həmin vaxt artıq hava qaraldığından, habelə özləri sərxoş vəziyyətdə olduqlarından onları tapa bilməyiblər. Onlar bir qədər sonra Ləmanın atla ora gəldiyini görüb və onun kişi olduğunu zənn edərək hadisə yerindən qaçıblar.

6 il cəza, ümumi rejim

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 29, 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlamaya cəhd etmə), 29, 149.2.5-ci (təkrar zorlamaya cəhd etmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilib.

Məhkəmənin hökmü ilə hər üç dost 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri qərara alınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onların şikayətlərinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb.

Şikayət etdilər, cəzaları yüngülləşdirildi

Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə ittihama xitam verilib.

Eldar Məmmədovun cəzası 5 il 6 aya, Samir Bağırov və Faiq Ağayevin isə cəzası 5 ilə endirilib. Bu qərardan narazı qalan təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər.

Bu qərardan narazı qalan Eldar Məmmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası Eldar Məmmədovun kasasiya şikayətini təmin etməyib.

Eyni hakimin sədrliyi ilə baş tutan başqa iclasda Samir Bağırovun da kasasiya şikayətinə baxılıb və təmin olunmayıb.

Cinayət işində adı keçən Faiq Ağayev tərəfindən isə Ali Məhkəməyə müraciət olunmayıb. Bu səbəbdən onunla bağlı hissədə kasasiya qaydasında araşdırma aparılmayıb.

Xəbərlər     Baxılıb: 2158   Tarix: 05 mart 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

turlar.az

kosmetik vasiteler gözəllik məhsulları toy makiyaji sekilleri döş əmən kişilər qadın ətirləri badimcan salati buruq sac duzumleri 2026 kosmetika novruz hakışdaları buga burcu qiz evi ucun sekis gözellik