Azərbaycanda geniş yayılmış bəla: çarəsindən necə gələk? - məşhur həkim yazır

Azərbaycanda geniş yayılmış bəla: çarəsindən necə gələk? - məşhur həkim yazırYuxu pozuntuları indi bəlkə də hər birimizin üzləşdiyimiz problemlərdən biridir. Belə pozuntulara bütün yaşlarda rast gəlinsə də, yuxu pozuntuları və yuxusuzluq yaşlılarda daha çox olur.
Yuxunun pozulması insan həyatının keyfiyyətinə, əhvalına, səhhətinə, daxili orqanlarının fəaliyyətinə təsir edir. Bəzən isə ciddi xəstəliklərə səbəb olur.
Yuxu pozuntuları iki növdür: ilkin və sonrakı.
Yuxunun ilkin pozuntusu hansısa orqanın xəstəliyi ilə bağlı deyil.
Sonrakı pozuntu isə müxtəlif patologiyaların fonunda yaranır.
Yuxu pozuntusu çarpayıda olarkən vurnuxmaq, gecə tez-tez ayılmaq, narahat yuxu, tez və ya tam əksinə, gec yuxuya getməklə müşayiət olunur. Belə yuxudan sonra insan özünü yorğun, pərişan hiss edir, diqqəti azalır, yaddaşı pisləşir, nevroz durum yaranır. Yuxusuzluqdan əziyyət çəkən insanlarda ürək-damar və endokrin sistemi xəstəlikləri riski artır.
Pis yuxu piylənmə, vitamin çatışmazlığı, bədəndə maddələr mübadiləsi pozuntusuna və digər ciddi patologiyalara səbəb ola bilər.
Azərbaycanda geniş yayılmış bəla: çarəsindən necə gələk? - məşhur həkim yazırSəbəblər
Yuxunun pozulmasının əsas səbəblərinə nəzər salaq:
psixi xəstəliklər (psixopatiya, autizm, epilepsiya, amneziya, müxtəlif fobiyalar, psixozlar, nevroxlar, depressiya və stresslər, psixikanın sərhəd vəziyyəti və s.)
Uzun müddət yuxu dərmanlarının və sedativ preparatlarının qəbul olunması
xoruldayan insanlarda obstruktiv apnoe sindromu (yuxu zamanı tənəffüs pozuntusuna səbəb olur)
müxtəlif səbəbli ağrılar
ürək-ağciyər çatışmazlığı zamanı hipoksiya
narahat ayaqlar sindromu. Damarların varikoz genişlənməsi zamanı ayaqlarda qan dövranı pozulur, bu da aşağı ətraflarda reflektor hərəkətə səbəb olur. Belə anlaqsız hərəkətlər insanı yuxudan oyanmağa vadar edir
enurez
hormonal fonun dəyişməsi. Belə yuxusuzluq qadınlarda hamiləlik və ya menopauza zamanı peyda olur
zərərli vərdişlər (siqaret, spirtli içkilər)
yetərli fiziki hərəkətlərin olmaması
düzgün olmayan qidalanma (yatmazdan əvvəl yüksək kalorili qida yeyilməsi, qəhvə və ya tünd çay içilməsi)
yuxu üçün komfort olmayan şərait (səs, işıq, isti və ya soyuq, yad məkan)
yatmazdan əvvəl elektron qurğulardan (mobil telefon, kompüter, planşet, televizor) istifadə
Azərbaycanda geniş yayılmış bəla: çarəsindən necə gələk? - məşhur həkim yazırDiaqnostika üsulları
MRT. Yuxu pozuntularının ən effektiv və əlçatan diaqnostika üsulu 3D həcmdə məlumat əldə etməyə imkan verən araşdırma, yəni maqnit-rezonans tomoqrafiyasıdır (MRT). MRT pasiyentin onurğasında, oynaqlarında və başqa strukturlarında nə baş verdiyini göstərir.
Rentgenoloji tədqiqat. Obyektdən keçən rentgen şüalandırması vasitəsilə görüntü əldə etməyən və bununla da daxili orqanların vəziyyətini dəyərləndirməyə imkan verən vasitə. Sürətli, ucuz və informativ.
Ultrasəs diaqnostikası. Ultrasəs dalğaları vasitəsilə orqanizmin tədqiqatı orqanları hərəkətdə dəyərləndirməyə imkan verir. Müxtəlif sıxlıqlı strukturlardan keçən ultrasəs onlardan əks-səda verir, tədqiqat zamanı ümumi mənzərəni anlamağa yardım edir.
Biokimyəvi analiz. Bu, qan analizidir. Pasiyentin orqanizmindəki bütün biokimyəvi proseslər barədə məlumat əldə etmək üçün ən sürətli və dəqiq vasitədir.
Elektrokardioqramma (EKQ). Elektrokardioqrafiya ürəyin elektrik fəallığının tədqiqatıdır. Ölçmə üçün xüsusi elektrodlardan istifadə olunur, kardioqraf ürəyin fəaliyyətindəki dəyişilikləri qeydə alır və onları kardioqramma kimi göstərir.
Azərbaycanda geniş yayılmış bəla: çarəsindən necə gələk? - məşhur həkim yazırDiaqnostika
Yuxu pozuntuları problemi ilə bir qayda olaraq somnoloq məşğul olur. Tibbi müəssisədə belə mütəxəssis yoxdursa, terapevtə, psixoterapevtə və ya nevroloqa müraciət edin. Yuxu tsiklinin pozuntularının diaqnostikası üçün xüsusi metodika olan polisomnoqrafiyadan istifadə olunur. Xüsusi laboratoriyada keçirilən bu prosedur zamanı pasiyent gecə orada qalır, onun bədəninə müxtəlif ölçmə cihazları qoşulur. Həmin cihazların ölçmə nəticələri əsasında isə həkim yuxu pozuntusunun əsl səbəbini tapır.
Digər üsul isə yuxunun orta latentliyinin (YOL) araşdırılmasıdır. Bu metoddan daim yuxulu vəziyyətin araşdırılması üçün istifadə olunur.
Müalicə
Yuxu pozuntusunun müalicəsi səbəblərdən asılıdır. Əgər problem somatik amillərlə bağlıdırsa, onda müalicə əsas xəstəliyin aradan qaldırılmasına yönələcək. Yuxu tsiklinin bərpası üçünsə həkim yuxu dərmanları, antidepressantlar, ağır hallarda isə sedativ effektili neyroleptiklər təyin edir.
Azərbaycanda geniş yayılmış bəla: çarəsindən necə gələk? - məşhur həkim yazırVə sonda...
Əgər ürək-damar xəstəliklərindən əziyyət çəkmirsinizsə, mütləq sol böyrü üstə yatın. Bu, bütün orqanizmin durumuna müsbət təsir edir, çünki limfatik sistemin, yoğun bağırsağın işinə yaxşı təsir edir, həzm prosesini yaxşılaşdırır, mədə yanğısını aradan qaldırır, bel ağrılarını azaldır, venaların varikoz genişlənməsinə mane olur.
Nevroloq Sevinc MirSeyid
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1486   Tarix: 15 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

qadin dunyasi yemek reseptleri toy makiyajlari doğumu necə keçirtdim dirnaqlara qulluq maskalari sevgi dünyası hamiləlik dövrü kosmetika novruz bayramina aid hakista hakista sozler turpun nağlı lakonizm baldiza aid