Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır

Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşırXalq arasında uzaqgörənlik kimi tanınan miyopiya göz sağlamlığı üçün ən böyük təhlükədir. Xəstəliyin tezliyi bütün dünyada həyəcanverici sürətlə artmağa davam edir. Təəssüflər olsun ki, xəstəlik uşaq və gənclər arasında daha çox yayılır. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib ki, 2050-ci ilə qədər dünyanın yarısı eynəyə ehtiyac duyacaq və bu, qlobal görmə epidemiyasına səbəb olacaq.
Bu xəbərdarlıqdan sonra Çinin Sun Yat-Sen Universitetinin alimləri araşdırma aparıb. Araşdırma çərçivəsində müxtəlif qitələrdə 50 ölkədən 5 milyondan çox uşaq və gəncin uzaq görmə səviyyələri yoxlanılıb.
Tədqiqat nəticəsində məlum olub ki, hər 3 uşaqdan ən az biri miyopdur. Bu nisbətin zamanla artacağını gözlədiklərini ifadə edən tədqiqatçılar, 2050-ci ilə qədər təxminən 740 milyon uşaq və gəncin miyopiya ola biləcəyi qənaətinə gəliblər. 1990-2023-cü illər arasında miyopiya 3 dəfə artaraq 36 faizə çatıb.
Bəs Azərbaycanda bu xəstəliklə bağlı vəziyyət nə yerdədir?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı uşaq göz həkimi, oftalmoloq-cərrah Lalə Həsənova Publika.az-a açıqlama verib.
O bildirib ki, Azərbaycanda miyopiya xəstəliyi ilə bağlı vəziyyət olduqca acınacalıqdır:
"Miyop xəstəliyi cavanlaşan xəstəliklər sırasındadır. Bu xəstəliyi artıq 2-3 yaşlı uşaqlarda da görürük. Bunun əsas iki səbəbi var. Birincisi, genetikadır. Digəri isə telefonlardır. Bununla bağlı hazırda müəllim, valideynlərlə bağça və məktəblərdə danışıqlar aparılır. Uşaqlarda parta quruluşu düzgün olmalıdır ki, işıq düzgün düşsün. Əlavə olaraq 2 yaşa qədər olan uşaqlar qətiyyən telefondan istifadə etməməlidir. Ümumiyyətlə uşağın həyatında ekran olmamalıdır. Ekran dediyimiz telefon, planşet və televizorlardır".
Həkim diqqətə çatdırıb ki, bağça yaşında uşaqlar gün içində 2 saat ekrana baxa bilərlər:
"Son zamanlar vaxtından əvvəl doğulan uşaqların sayı artıb. Həmin uşaqların göz inkişafı fərqli olduğundan göz problemləri daha çoxdur. Bu da xəstəliyin inkişafına yol açan başqa səbəbdir. Ümumiyyətlə gün ərzində yanıma gələn ortalama 10 uşaqdan 5-6-sının gözü zəifdir. Uşaqlar arasında eynəyə tələbat olduqca çoxdur. Bu çox ciddi problemdir. Qarşısı alınmalıdır".
Milli.Az

Xəbərlər     Baxılıb: 1518   Tarix: 26 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

geymler 2026 qadın geyimi kosmetik vasiteler varikosel şirniyyat ve tortlar doslu qizlar hamilələrin qidalanması kosmetika veten haqqinda atalar sozu tanisliq bayatı qizliq perdesi novruz bayramına aid