Azərbaycanda ilk: Xəstəyə telefonla nəzarət edilir - FOTO

Azərbaycanda ilk dəfə trans-telefon EKQ sisteminin tətbiqi Tibb Universitetində həyata keçirilib.

qadınsaytı.az xəbər verir ki, Azərbaycanda ilk dəfə tətbiq olunan trans-telefon EKQ sisteminin əməli fəaliyyəti Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında həyata keçirilib. Bu haqda Tədris Terapevtik Klinikanın kardioloqu Fərid Əliyev məlumat verib.
Sistemin əsas xüsusiyyətləri barədə danışan Fərid Əliyev bildirib ki, bu normal EKQ sistemi olmaqla xəstənin üzərində daşına bilən funksiyası vardır: "Sistem mobil telefon vasitəsilə idarə olunur. Xəstənin harada olmasından asılı olmayaraq GSM xətti üzərindən işləyir. Həkim əsasən internetin və telefonların işlədiyi yerdə istədiyi zaman xəstə ilə bağlantı quraraq xəstədə olan şikayətləri izləyə bilir. Xəstənin isə hər hansı şikayəti olduğu halda bir düyməyə basmaqla kardioqrama qeydlərini aparır. Bu sistem əsasən nadir, 3-4 ayda bir şikayətləri olan və riskli xəstələr üçün istifadə olunur".

Cihazın əsas özəlliklərini vurğulayan həkim qeyd edib ki, cihaz mobil şəbəkənin olmadığı yerlərdə xəstənin şikayətlərini qeydə alır və mobil şəbəkəyə qoşulduğu an lazım olan məlumatları birbaşa mərkəzə ötürür.

F.Əliyev əlavə edib ki, yeni sistem sayəsində xəstədəki ürək ritminin uzun müddətə, aylıq, 24 saatlıq nəzarəti aparılır.// milli.az
Azərbaycanda ilk: Xəstəyə telefonla nəzarət edilir - FOTOAzərbaycanda ilk: Xəstəyə telefonla nəzarət edilir - FOTO

Xəbərlər     Baxılıb: 2082   Tarix: 02 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ

Televizora və telefona baxaraq yatmaq müasir dövrdə bir çox insanın vərdişinə çevrilib. Lakin mütəxəssislər bu adətin sağlamlığa ciddi mənfi təsirlər göstərə biləcəyini bildirirlər.  xəbər verir ki, araşdırmalara görə, xüsusil

.

Bu meyvə şirəsi ürəyin DƏRMANIDIR

Son elmi araşdırmalar və qidalanma üzrə məlumatlar göstərir ki, portağal şirəsi düzgün və orta miqdarda istehlak edildikdə ürək və beyin sağlamlığına fayda verə bilər. qafqazinfo-ya istinadən xəbər verir ki, son illərdə qa

.

Bu içkilər infarkt riskini artıra bilər

Ürək cərrahı Ceremi London şirin qazlı içkilərin sağlamlığa ciddi zərər vurduğunu bildirib. xəbər verir ki, yüksək kalorili və şəkərli qazlı içkilər gündəlik qidalanmada böyük risk yaradır. Həkimin sözlərinə görə, insanla

.

Demans riskini azaltmaq üçün ideal yuxu müddəti

Alimlərin fikrincə, demans riskini azaltmaq üçün ideal yuxu müddəti gecə yeddi-səkkiz saatdır. xəbər verir ki, yuxu çatışmazlığı uzun müddətdir ki, demensiya riskini artırır. Yeni tədqiqatlar göstərir ki, bu, sonrakı həyatd

.

Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu

Bağırsaq sağlamlığı təkcə həzm sistemi üçün deyil, həm də immunitet, enerji səviyyəsi və hətta psixi vəziyyətimiz üçün həlledici rol oynayır. Elm sübut edir ki, bağırsaq mikrobiomumuzu (orada yaşayan faydalı bakteriya v

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?

Gündəlik istifadə olunan ətir və dezodorant məhsullarının düzgün tətbiqi ilə bağlı mütəxəssislər vacib məqamlara diqqət çəkirlər. Onların sözlərinə görə, ətirin birbaşa dəriyə vurulması bəzi hallarda arzuolunmaz təsirlər

.

İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?

Gündəlik mətbəxt işlərində vaxta qənaət etmək üçün isti kran suyundan istifadə etmək geniş yayılan bir vərdiş olsa da, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər.  xəbər verir ki, ist

turlar.az

qaşların formalari qadin sayti reseptler fatimə fətəliyeva atalar sozu veten haqqinda menstruasiya nergiz pasayeva kosmetika vətən haqqında bayatı vətən haqqında atalar sözləri geyim rus dilin nece orenek atalar sözü