Azərbaycanda intiharların artmasının 4 dəhşətli səbəbi - Psixiatr 5 G qüllələrinin təsirini vurğuladı

Azərbaycanda intiharların artmasının 4 dəhşətli səbəbi - Psixiatr 5 G qüllələrinin təsirini vurğuladıİntihar edənləri psixi xəstə adlandırmaq olmaz.
Bu yolla bəzi qurumlar, məsul şəxslər özlərini sığortalamaq istəyir. El dilində də yayılıb: Hə, dəli idi, ruhi xəstə idi, biz nə edə bilərdik. Bununla məsələ bağlanır.
Təəssüf ki, Azərbaycanda pis bir tendensiyanın əsası qoyulub. Belə də davam edəcək.
İnsan öz problemini həll etmək istəyir, hüquqlarını tələb edir, adını qoyurlar dəlidir.
Məmurlar bu formuladan istifadə edib özlərini sudan quru çıxarmağa cəhd edir. Cəmiyyət bununla günahı boynundan atır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, psixiatr həkim Abdulla Şıxlinski Azərbaycanda son zamanlar istər qazi, istər yeniyetmə, istərsə də həkimlər, dövlət işçiləri arasında artan intihar hadisələnin səbəblərini açıqlayıb.
"İntihar edənlərin 80% tamamilə sağlam adamlardır. Cəmi 15% ruhi xəstə olur. Tibdə, psixiatriyada bu həmişə belə olub.
İntihar ən çox psixi sağlam adamlara xarakterikdir.
Tarixin müəyyən dönəmlərində bir çox ölkələrdə müəyyən tarixi hadisələr baş verəndə, ciddi dəyişiklik olanda silsilə qətl hadisələri, intiharlar artır.
Cəmiyyət bunları ört-basdır etmək istəyir, çünki anormal hadisələr ölkənin imicini korlayır.
Çox zaman silsilə qətllər törədənləri də psixi, ruhi xəstə kimi qələmə verirlər.
Hər hansı insana ruhi xəstə demək üçün, mütləq həlim psixiatr rəyi omalıdır. Beynəlxalq qanunlarda psixi xəstəliyin olmaması prezumpsiyası var.
Əgər hər hansı insanın ruhi xəstə olduğunu psixiatrik komissiya elan etməyibsə və buna dair tibbi sənəd yoxdursa, ona heç kim ruhi xəstə deyə bilməz. Bu, qanunla qadağandır.
Hətta ola bilər ruhi xəstə intihar edib. İntiharı xəstəliyi sövq edib, ya başqa səbəbdən edib, bu hələ sual altıdadır.
Qazilər içşərisində də müxtəlif kateroqiya insanlar var. Ola bilər eləsi var vəziyyəti yaxşıdır, hansısa səbəbdən narazılıqlarıın bildirmir.
Əgər o qaziyə sosial yardım olunmalıdırsa, haqqı pozulubsa, sorğusu cavabsız qalıbsa, təhqir olunubsa o adam cəmiyyətə, dövlətə ümidini itirir, onda belə kompleks əmələ gəlir ki, heç kim onu qorumur, onun təhlükəsizliyini heç kim müdafiə etmir
o təhlükədədir. Və bu səbəbdən intihar edə bilər.
Bəli imkanlı insanlar da intihar edir. Heç kim acından özünü öldürmür. Tarixən də belə olub.
İnsanı intihara əl atmasına səbəb olduğu vəziyyətdən çıxış yolunu görməməsidir.
İmkanlı vəzifəli, kifayət qədər statuslu insanlar da intihar edəcək. Son zamanlar polislər, həkimlər, gömrük işçilərindən özünü öldürənlər olur.
Hazırda Azərbaycanda intiharların artmasının səbəbləri mənim fikrimcə konkret olaraq aşağıdakılardır.
Birinci səbəb: Azərbaycan cəmiyyətində ümidsizlik pik həddədir. Məmurların özbaşınalığı, qanunlara əməl etməmək insanları yorub.
İnsanlara elə gəlir ki, biz heç kimə lazım deyil. İnsanda təhlükəsizlik hissi itir.
Canlı məxluq üçün bu vacibdir. Bu hiss itəndə insan çıxış yolunu intiharda görür.
İnsanların çağırışını, problemini bilərəkdən iqnor edirlərsə burda səbəb insanda yox, cəmiyyətdədir.
Digər səbəb iqtisadi çətinliklərdir. Qlobal oyunçuların təşkil etdiyi və reklam etdiyi pandemiya, indi də müharibə, iqtisadi tənəzzül kasıb əhalinin vəziyyəti daha da pisləşib. Bu da intihara meyilliyi artırır.
Fasiləsiz pandemiya rejimi Azərbaycanı anklava çevirib. Ölkədən çıxış yoxdir. Bir hava yolu işləyir,o da biletlər elə bahadır ki, insanlar qalıb ölməyi üstün tutur.
İnsanlar sanki qəfəsdədir. Adam var ailəsini 2 ildir görmür. Uşaqlar valideynlərdən ayrıdır. Belə bir anklavda əlbəttə ki, ümidsizlik, sabaha inamsızlıq, çarəsizlik artır.
Təyyarə xarab olur geri qayıdır, uçuşlar gecikir. Əsassız səbəblər göstərilir. Hərçənd təyyarə biletlərinin qiyməti insanların aylıq maaşından da yüksəkdir. Bu problemlər üst-üstə toplanıb psixikanı pozur.
İnsanlara hər gün yeni bəla, xəstəlik, pandemiya qorxu ssenariləri təqdim olunur.
Sabaha ümid yoxdur, sabah bundan da pis olacaq fikri aşılanır.
Meymunçiçəyindən sonra fil, ondan sonra qurbağa çiçəyi gələcək.
Bu səbəblər hamısı real təsir edir. . Davam etsə bundan da pis olacaq, statistika artacaq.
3-cü səbəb narkotik maddələrin həddən artıq geniş yayılması.
Azərbaycanda sanki dəb düşüb. Gənclər içki içib, üstündən də şüşə, patı istifadə edirlər.
Kəskin intoksikasiya nəticəsində psixoz halı yaranır, insan çox vaxt bunu özü hiss eləmir. Gedirlər intihar edirlər.
Ən çox da hündür binalardan özlərini atırlar. Bu intiharlar narkotikin təsiri altında olur. Bu daha çox gənc oğlanlar, tələbələr, biznesmenləır, məmurların arasında olur.
İndiki müasir narkotiklər ani psixoz törədir. beyin sanki sönür. İçkiylə o maddələr qarışanda insan ani olaraq intihar edə bilər.
Konkret misal çəkim. İnsan araq içir, üstündən tiryək çəkir, o an ona elə gəlir ki, qanadları var,uçmalıdır.
Yuxarı mərtəbədədirsə o uçmaq adı ilə özünü buraxır aşağı.
Və ya metamfetamin çəkəndən sonra qulağına sanki səslər gəlir ki, get özünü öıdür, həyatın onsuz da mənasızdır, həyat lazımsızdır.
Azərbaycanda polinarkomaniya artıb, təəssüf ki qadınların arasında daha çoxdur.
Nəhayət 4-cü səbəb - mən həmişə demişəm: 5G qüllələri. Kim inanmır özü bilər.
Dünyanın bütün ölkələrində müxtəlif nöqtələrdə 5G qüllələri quraşdırılıb.
Bu qüllələr elə güclü radiasiya şüalanma yayır ki, beyinə təsir edir. İnsanın halı dəyişir. Baş ağrıları, kəllədaxili təzyiq artır, damarların spazmı,ensefelopatiya, psixi pozğunluqlar yaranır.
Ağır dərəcəli isterik vəziyyətlər, insanlarda intihara meyillik yaradır.
Bunu amerikan alimləri hələ 10 il əvvəl sübut ediblər. ABŞ ştatlarında 4G qüllələri quraşdırılmışdı.
ALimlər aşkar edib ki, harda ki, bu qüllələr quraşdırtılıb, insanlar arasında psixonevroloji patologiyalar artıb, intiharlar çoxalıb. Ona görə elm adamları bu qüllələrə qarşı çıxmışdılar.
Həkim qeyd edib kii,Azərbaycanda psixoloji xidmət tamamilə yarıtmaz haldadır.
Psixoloqlar çox reklam olunur. Depressiyada olan, intihar düşünən insan klinikalara "psixoloqların" yanına gedir. Onlar da həkim olmadığı, qurama diplomlarla psixoloq olduqları üçün vaxtında intihar təhlükəsini görmür, boş-boş sözlərlə vaxtı itirir, yanlış diaqnoz qoyur, xəstəni daha da ümidsizliyə salır, o da gedib intihar edir. Xəstənin psixiatra gəlişi yubanır.
"Psixoloqlar təbliğat aparırlar ki, dərman içməyin, həkimə getməyin, sizdə heç nə yoxdur, seansla düzəldəcəyik.
Onları uzun müddət özündən asılı halda saxlayır, xəstənin pulu da gedir, xəstəlik güclənir.
Bir səbəbdən biri də Azərbaycnada psixiatrik və psixoloji xidmətin bərbad olmasıdırı.
Psixoloqlara xəstələrlə işləmək qadğaan olunmalıdır. Ümumiyyətlə insanın psixikasına müdaxilə etməməlidirlər.
Maraqlansaq bəlkə də intihar edənlərin əksəriyyəti öncə psixoloqda olublar, psixiatra getməyiblər. Psixoloq da onları bədbəxt edib.
Bu sistem bizdə reklama, biznesə çevrilib, insanları aldatmaqla məşğuldur.
Dövlət orqanları, Səhiyyə nazirliyi təcili bu qədər psixoloq ordusunun fəaliyyətini dondurmalı, qadağan etnəli, psixoliji xidnəti yenidən qurmalıdır".
Milli.Az

Xəbərlər     Baxılıb: 1196   Tarix: 27 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

qadin dunyasi adlarin menasi qis geyimləri 2026 zoğalın faydaları baliq qulagi dan el isleri morugun faydalari azerbaycan xalq mahnilari adlari kosmetika qurd xəstəliklərinə qarşı mualicə nağıllar vetene aid bayatilar uşaq nece olur gülməli hakıştalar