Azərbaycanda iyrənc hadisə - Ata 9 yaşlı qızını zorladı

Azərbaycanda iyrənc hadisə - Ata 9 yaşlı qızını zorladıTərtər rayonunda azyaşlı qızına təcavüz etməkdə təqsirli bilinən Elnur Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xanim.az publika.az a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 17-nə təyin edilib.

İttihama görə, ötən ilin sonlarında Tərtər rayonunun Evoğlu kəndinin sakini Elnur Şirinov 14 yaşlı qızı Samirəyə (ad və soyad şərti verilib – red.) təcavüz edib.

Atası tərəfindən dəfələrlə təcavüzə məruz qalan 14 yaşlı qız hamilə qalıb. Samirənin hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətlərində basdırılıb.

Araşdırma zamanı məlum olub ki, Elnur Şirinov 14 yaşlı qızı ilə 5 ilə yaxındır intim əlaqədə olub.

Bütün bu baş verənlərdən sonradan Elnur Şirinovun həyat yoldaşı xəbər tutub. O, qızının hamiləliyinin sonlandırılmasını həyata keçirib. Amma ərindən hüquq-mühafizə orqanlarına şikayət etmək əvəzinə ailənin digər üzvlərini bu barədə heç kimə deməmək barədə tənbeh edib.

Məqsəd kənd içində biabır olmamaq olub.

Qeyd edək ki, Elnur Şirinovun 6 azyaşlı qızı var.

İstintaqın gəldiyi nəticəyə görə, 6 qız övladından sonra Elnur Şirinovun həyat yoldaşı 7-ci dəfə hamilə qalıb.

Elnur Şirinov arvadını döyüb və həmin uşaq ana bətnində ölüb. Bu hadisədən sonra Elnur Şirinovun barəsində hüquq-mühafizə orqanlarına şikayət olunub.

Araşdırma aparılan zaman Elnur Şirinovun əvvəlki dəhşətli cinayətinin də üstü açılıb.

İstintaq orqanı tərəfindən Elnur Şirinovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə,

habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır xəsarət yetirmə) və 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) maddələri ilə ittiham elan edilib.

Xəbərlər     Baxılıb: 2233   Tarix: 12 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

gozel gorunmek toy gecesi geyim seçimi seksual fotolar morugun faydasi günay musayeva yemisan faydasi kosmetika hakisdalar yumurta yuxuda qara ilan gormek hakistalar novruza aid