Azərbaycanda koronavirus infeksiyası nə zaman zəifləyəcək? - Həkim AÇIQLADI

Azərbaycanda koronavirus infeksiyası nə zaman zəifləyəcək? - Həkim AÇIQLADIİstənilən infeksion xəstəliyin profilaktikasında ən vacib faktor vaksinasiyadır. Təbii ki, koronavirus da infeksion xəstəlikdir. Odur ki, vaksinasiya qaydasında tətbiq olunarsa, ölkədə COVID-19 mənzərəsi müsbətə doğru dəyişəcək.
Publika.az xəbər verir ki, bu sözləri pulmonoloq-allerqoloq Ramin Nəriman deyib. Həkim qeyd edib ki, insanlar vaksinasiyadan sonra tələb olunan qaydalara riayət etməlidir:
"Vaksinasiya nəticəsində koronavirus infeksiyasının gələcəkdə kifayət qədər sakitləşməsi mümkündür. Çox təəssüf ki, insanlarda vaksinasiya haqqında yanlış təsəvvürlər var. O cümlədən insanlar fikirlərşir ki, vaksinin bir dozasını aldıqdan sonra artıq onlar qorunurlar. Amma qanda qoruyucu antikorlar vaksinasiyanın ikinci dozasından 2-4 həftə sonra istənilən səviyyəyə gəlib çatır. Odur ki, antikorlar yaranana qədər hər kəs əvvəlki qoruma qaydalarına əməl etməlidir. Qanda antikorlar koronavirusdan qoruyacaq səviyyəyə çatandan sonra demək olar ki, sərbəst həyatına davam edə bilər".
Daha sonra həkim qrip və koronavirus infeksiyalarının fərqini izah edib:
Azərbaycanda koronavirus infeksiyası nə zaman zəifləyəcək? - Həkim AÇIQLADI"Epidemioloji şəraitdən gələn tələblər var. Əgər hər hansı xəstəliyin yaratdığı kliniki mənzərə epidemioloji şəraiti yaradan infeksiya ilə eynidirsə, ilk növbədə epidemioloji şəraiti yaradan infeksiya inkar olunmalıdır. Hazırkı dövrdə epidemiologiyanı yaradan Covid-19 infeksiyasıdır və onun əlamətləri qrip virusu ilə eynidir. Bu halda birinci Covid-19 infeksiyası inkar olunmalıdır. Digər tərəfdən hansı infeksiya daha təhlükəlidirsə, o diqqətdə saxlanılmalıdır.
Bilirik ki, Covid-19 qrip infeksiyasından daha təhlükəlidir. Əlamətlər eyni olduğu üçün burun udlaq və ağız udlaqdan yaxma maddəsi götürülür və analizlər nəticəsində müəyyən olunur. Digər tərəfdən əgər Covid-19 infeskiyası təsdiq olunmursa, kliniki əlamətlərə istinad edərək qrip infeksiyasını yoxlamaq olar. Qrip də bir inefksiyadır, immunitetin zəiflətməsinə şərait yarada bilir. Belə olan halda təbii ki, Covid-19 infeksiyasına yoluxmaq və nisbətən xəstəliyin ağır getməsi mümkün ola bilər".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2610   Tarix: 29 aprel 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

turlar.az

reseptler geyim seçimi maskalar xına bayatıları qış geyimləri gündəlik bürclər içi doldurulmuş badımcan turşusu kosmetika zencefil bayatı ana haqqinda bayati novruz bayramı haxışta qizliq perdesi