Azərbaycanda min kişiyə min yeddi qadın düşür - Əhalinin sayı AÇIQLANDI
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 88,2 min nəfər və ya 0,9 faiz artaraq 2016-cı il noyabrın 1-nə 9793,8 min nəfərə çatıb.
Qadinsayti.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi bildirib.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfər olub. Ümumi əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinləri, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır.
Hər 1000 kişiyə hazırda 1007 nəfər qadın düşür.
f Paylaş