Azərbaycanda müayinəyə gedən xəstənin klinikada ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
11:28
Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində xəstəxanaya müraciət edən 67 yaşlı kişi ölüb.
İlkin məlumata görə, xəstə Şamil Nəbiyev həkim səhlənkarlığı nəticəsində vəfat edib.
Milli.Az bildirir ki, oxu.az məsələ ilə bağlı Mingəçevir şəhərində yerləşən "Nərgiz" Klinikası ilə əlaqə saxlayıb.
Klinikanın baş həkimi İlham Yusubov bildirib ki, həkim səhlənkarlığından söhbət gedə bilməz:
"Yanvarın 22-də Goranboy rayon Qızılhacılı kənd sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Şamil Kamal oğlu həyat yoldaşı və qızı ilə xəstəxanaya müraciət edib. Xəstə ağciyər və ürək çatışmazlığından əziyyət çəkib.
Xəstəxanaya daxil olan zaman o, 280 təzyiqlə çox ağır vəziyyətdə olub. Ş.Nəbiyev bir neçə ay bundan öncə başqa klinikada qasıq yırtığından əməliyyat olunub. Həmin gün də cərrahın yanına gedirmiş.
Yolda vəziyyəti pisləşdiyi üçün cərrah onu həkimə yönləndirib. Ş.Nəbiyev daha əvvəl də bizim klinikanın kardioloqu Tural Allahverdiyevin xəstəsi olduğu üçün birbaşa klinikaya gəlib. Həkimlər dərhal xəstəyə tibbi yardım göstəriblər. Bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Məsələ ilə bağlı da aidiyyəti orqanlara məlumat verilib".
Xatırladaq ki, bu barədə ilk məlumatı Qafqazinfo.az saytı yayıb. Hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən meyidə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
----------
10:15
Mingəçevir şəhərində xəstəxanaya müraciət edən kişi ölüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanvarın 22-də Goranboy rayon Qızılhacılı kənd sakini, 1953-cü il təvəllüdlü Şamil Nəbiyev müayinə olunmaq üçün Mingəçevir şəhərində yerləşən "Nərgiz" klinikasına müraciət edib.
İlkin məlumata görə, Ş.Nəbiyev həkim səhlənkarlığı nəticəsində orada vəfat edib.
Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
Danla Bilic yenidən əməliyyat olundu - Fotolar
Məşhur aktyor vəfat etdi
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq