AZƏRBAYCANDA QADAĞA: bundan sonra uşaqlar ...

AZƏRBAYCANDA QADAĞA: bundan sonra uşaqlar ...Dini mərasimləri təşkil edən qurumlar orada iştirak edən uşaqların yaş həddini nəzərə almalıdır.

Bu barədə " Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında" yeni qanun layihəsində yazılıb.

Xanim.az-in məlumatına görə, bunu Sputnik Azərbaycan-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqşünası Taliyə İbrahimova bildirib.

Qeyd edək ki, oktyabrın 1-də respublikanın bir çox rayonlarında, eləcə də Bakı şəhərində və paytaxtın ətraf kəndlərində Aşura Günü ilə bağlı kütləvi mərasimlər təşkil edilib. Fotoqraflar valideynləri tərəfindən matəm tədbirlərinə gətirilmiş onlarla uşağın şəklini çəkiblər. Bununla əlaqədar olaraq deputatlar və ictimaiyyət nümayəndələri öz narazılıqlarını ifadə ediblər.

Bundan dərhal sonra qanunvericilər uşaqlarını düzgün tərbiyə etməyən və onları yad təsirlərə məruz qoyan məsuliyyətsiz valideynləri cəzalandırmaq qərarına gəliblər.

Aşura müsəlmanların təqviminə görə Məhərrəm ayının onuncu günüdür. Həmin gün şiələr qətlə yetirilmiş İmam Hüseynə təziyə təşkil edir, ənənəvi toplu ritualda Şaxsey-Vaxsey ("Şah Hüseyn, vah Hüseyn"in qısaldılmış variantı) deyərək özünə işgəncə verir ki, bu da Azərbaycanda qətiyyən müsbət qarşılanmır.

Buna görə də, İbrahimovanın sözlərinə görə, qanun layihəsi AR Prezidentinin Administrasiyasına təqdim edilib və Milli Məclisin payız sessiyasında ona baxılacaq. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixli 2074 nömrəli Sərəncamına əsasən hazırlanıb və Uşaq Hüquqları Konvensiyasının 17-ci maddəsinin əsas konsepsiyasını əks etdirir.

"Yeniliklər ondan ibarətdir ki, dövriyyəyə buraxılan informasiya hər bir uşağın yaş həddinə uyğun olaraq təsnifləşdiriləcək. Eyni zamanda kontenti yayan şəxslər bu və ya digər informasiyanı yayarkən auditoriyanın yaşını göstərməklə bağlı qanunun tələblərini nəzərə almalıdırlar" — deyə İbrahimova bildirib.

Sənəd həmçinin telekanallarda yayımlanan, çap məhsullarında və KİV-də dərc edilən bütün informasiyaların ekspertlər vasitəsilə analizini aparan xüsusi qurumun yaradılmasını da nəzərdə tutur,

İbrahimova qeyd edib ki, bu günə qədər bu məsələlər Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli 04/3 saylı qərarı ilə tənzimlənib. Həmin qərara əsasən "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar" təsdiq edilib.

Bu qaydalarla əlaqədar olaraq sutkanın müəyyən vaxtlarında kodlaşdırılmamış kanallar vasitəsilə uşaqların kövrək psixikasına təsir göstərən proqramların translyasiyası qadağan edilir.

İndi bu məhdudiyyətlər təkcə televiziya və reklamlara şamil edilməyəcək. Bütün Azərbaycan məkanında informasiya dövriyyəsinin yeni qaydaları yaradılacaq.

"Buna oxşar qanun layihəsi modeli MDB İcraiyyə Komitəsində mövcuddur. Rusiya, Tacikistan və Qazaxıstanda artıq bu qanun qəbul edilib" — deyə ekspert bildirib.

Xəbərlər     Baxılıb: 2134   Tarix: 23 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

həkim məsləhəti makiyaj instagram hamilelikde qidalanma kombinler 2026 yay qadın sağlamlığı sekis biskvitli tort resepti kosmetika dieta uzeyir dolça qoğalın nağlı hakista