Azərbaycanda qadına qarşı dəhşət: Qul kimi işlətdilər, zorladılar...

Azərbaycanda qadına qarşı dəhşət: Qul kimi işlətdilər, zorladılar...Gəncə şəhərində ağır cinayətlər törətməkdə ittiham olunan Arzu Tağıyev, Sahib Tağıyev və Brilyant Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xanim.az teleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 19-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Brilyant Tağıyeva qohumları - Arzu və Sahiblə birlikdə cinayət əlaqəsinə girərək, rus əsilli qadını Gəncə şəhərinə gətiriblər. Onlar həmin şəxsi məcburi əməyə cəlb etməklə insan alveri cinayəti törədiblər.

Bundan başqa, Sahib və Arzu həmin qadınla zorla cinsi əlaqədə olublar, ona qarşı seksual xarakterli hərəkətlər ediblər. Bu hal qadına qarşı bir neçə dəfə təkrarlanıb.

Seksual xarakterli hərəkətlərə məruz qalan qadın sonda intihar edib.

Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Məlumat əsasında hər üç şəxsin barəsində cinayət işi açılıb və onlar axtarışa veriliblər.

Bu ilin yanvarın 22-də Gəncənin Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hər üç şəxs həbs edilib.

İstintaq orqanı tərəfindən Arzu Tağıyev, Sahib Tağıyev və Brilyant Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 144-2.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən məcburi əmək törətmək), 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.

Arzu Tağıyev və Sahib Tağıyev barəsində əlavə olaraq Cinayət Məcəlləsinin 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə də ittiham verilib.

Xəbərlər     Baxılıb: 1812   Tarix: 07 mart 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

geymler 2026 kosmetika mehsullari qadın geyimi gözəllik yuxu yozmalar yumurta ile uz maskalari buruq saclara qulluq kosmetika novruz bayramina aid faydalı maskalar fitat qiz evi novruz hakısdası