"Azərbaycanda qolu tüklü qızı kluba buraxmadılar" - hamı bu BİABIRÇI reklam çarxından danışır - VİDEO
Son illər Azərbaycanda film sahəsində olduğu kimi reklam sahəsində də xüsusi inkişaf hiss olunur. Sahibkarlar, biznes nümayəndələri, o cümlədən, özəl sektor direktorları məhsulun təqdim olunması üçün reklamın nə dərəcə də keyfiyyətli gəlir əldə etdiyinin bariz nümunəsi olduğunu artıq bilirlər. Lakin reklam agentlikləri müştərilərə və izləyicilərə doğru və düzgün səviyyədə xidmət göstərə bilirlərmi?!
Xanim.az xəbər verir ki, mövzunu xəbər etməyə sözün həqiqi mənasında məcbur edən, son zamanlar Azərbaycanda məşhur olan "Facestudio" -nın kiçik, amma, böyük səs-küyə səbəb olan reklam çarxları oldu. Belə ki, "Lazer et, ərə get" şüarından sonra növbəti video çarxı təqdim edən studio bu dəfə əməlli-başlı ictimaiyyətdə böyük rezonansa səbəb oldu.
Müştəri toplamağın asan üsulunu tapan, lakin böyük qınaqlara səbəb olan reklam çarxı müzakirələrlə yanaşı izləyicilərin tənqid atəşinə tuş gəlib. Belə ki, lazer reklamını ərsəyə gətirən studio gülünc reklamla gündəmə gəlməyindən əlavə, adət -ənənələrə də böyük zərbə vurub.
Reklam çarxını təqdim edirik:
-Çox təəssüf ki, siz bu gün kluba girə bilməyəcəksiniz.
- Niyə?
- Siz bu gün çox tüklüsünüz.
Klubu tərk edən qız Facestudio-ya yollanır.
Lazer epiliasiyasından sonra, kluba daxıl olan qızı oğlan öz dostuna məsləhət edir:
- Gəl sənə bir qız göstərim, çox məsləhətlidir.
Klubda rəqs edən cütlük qısa ara sonra üzük taxırlar.
"Facestudio-da lazer et, ərə get!"
VİDEO:
















Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir