Azərbaycanda RƏZALƏT: Kişi arvadını lüt soyundurdu, sonra...

Azərbaycanda RƏZALƏT: Kişi arvadını lüt soyundurdu, sonra...Həyat yoldaşı tərəfindən döyüldükdən sonra lüt soyundurularaq küçəyə atılan qadının məhkəməsi başlayıb.

Bu barədə virtualaz.org saytına "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyindən məlumat veriblər.

Zərərçəkənin nümayəndəsi sığınacağın əməkdaşı Şəhla Hüseynovadır.

"Qadın sığınacaqda məskunlaşıb. Ona bıçaq zərbəsi yetirən həyat yoldaşı Ceyhun Mehrəliyevə qarşı qaldırılan iddiaya Sumqayıt Şəhər Məhkəməsində baxılır. Hazırlıq iclasında qarşı tərəf iştirak etməyib. Onun ölkədən kənarda olduğuna dair sənəd təqdim edilib. Halbuki o, məhkəmənin həyətində dayanaraq prosesin gedişini izləyib",- deyə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

M.Zeynalovanın sözlərinə görə, kişinin haqqında iki dəfə dələduzluq maddəsi ilə cinayət işi açılıb. Bu dəfə isə Cinayət Məcəlləsinin 127.1 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, qadın virtualaz.org saytına müsahibəsində həyat yoldaşı tərəfindən dəfələrlə ağır işgəncələrə məruz qaldığını demişdi. "Fevral ayında məni bağ evinə apardı, orada heç kimin olmadığından istifadə edərək döydü. Sonra buçaqla xəsarət yetirərək lüt soyunmağa məcbur etdi. Başının qarışmağından istifadə edib qaçdım. Ayağımdan qan axdığından sürünürdüm. Bu vəziyyətdə yola qədər gedə bildim. Yolda qarşıma bir nəfər çıxdı və mənə paltarlarını verdi. Həmin adam mənim polisə gəlməyimə kömək elədi. Polislər məni xəstəxanaya apardılar, bir müddət müalicə olundum. Sonra sığınacağa gəldim".

Həyat yoldaşı isə sosial şəbəkələrdə qadının yalan danışdığını, ailəsinin onun üzündən dağıldığını söyləyib.

Növbəti məhkəmə prosesi iyulun 11-də olacaq.

Xəbərlər     Baxılıb: 4210   Tarix: 10 iyul 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

geymler 2026 toy makiyaji sekilleri geyim dəbləri ilk tibbi yardim gil maskalari uşaq yeməkləri hamilelikde axinti kosmetika sanamalar qaynana hakista xeyanet qiz burcu vətən haqqında atalar sözləri