Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlama

Azərbaycanda sərt karantinlə bağlı daha bir açıqlamaSon günlər Azərbaycanda yoluxma sayının artması bir sıra sualları ortaya çıxarıb. Hamını narahat edən sual isə yenidən sərt karantin rejiminin tətbiq olunub-olunmayacağı ilə bağlıdır. Hazırda yoluxma sayının artmasına səbəb nədir?
Milli.Az pravda.az-a istinadən bildirir ki, həkim-infeksionist Nilufər Məmmədovanın  dediyinə görə, hazırda ölkədə epidemioloji vəziyyət narahat doğuracaq səviyyədə deyil: "Azərbaycanda mərhələli şəkildə sərt karantin rejimi tətbiq edilir. Mərhələli olaraq qapanmaların, yenidən açılmaların olacağını öncədən biz gözləyirdik. Təbii ki, tam qapanma ciddi sosial-iqtisadi böhrana səbəb ola biləcəyi üçün mərhələli şəkildə qapanma əksər ölkələr üçün daha uyğundur. Karantin rejiminin ləğv olunduğu zaman yoluxma sayında artımın olması gözləniləndir. Düşünürəm ki, son günlər müşahidə edilən yoluxma sayı stabil qalsa, yenidən tam qapanmaya ehtiyac qalmayacaq.
Əgər rəqəmlərdə ciddi bir artım müşahidə edilərsə, həkimlər, tibb işçiləri yüklənmiş formada çalışarlarsa, yenidən qapanmalar ola bilər".
İnfeksionistin sözlərinə görə, yoluxma sayının artmasında məktəblərin, universitetlərin, bağçaların açılmasının  böyük rolu var: "İstər-istəməz ictimai nəqliyyatdan istifadə edənlərin sayı artıb. İctimai nəqliyyatın yükləmə ilə işləməsi, təhsilin yenidən bərpa olunması yoluxma sayının artmasına təsir edib.
Yoluxmanın hansı həddə kimi təhlükəli olmasını əvvəlcədən demək də mümkün deyil. Xəstəxanaların, ayrılmış səhiyyə ocaqlarının tam dolması zamanı artıq yoluxma təhlükə yaradır. Bu zaman stasionar ehtiyacı olan xəstələri yerləşdirmək mümkün olmur. Ancaq o həddə biz hələ ki çatmamışıq".
Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov da mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Yoluxma sayının artmasını məktəblərlə  əlaqələndirmək olar. Amma məktəblər bağlansa da, bu göstəricilər bəzən yüksək olur. Ola bilsin xarici ölkələrə gediş-gəlişin açılması da təsir göstərib. Eyni zamanda ilin soyuq, fəslin dəyişən vaxtıdır.
Bununla belə, son günlər yoluxma sayı elə də yüksək səviyyəyə qalxmayıb, bizə müraciət edənlər da əvvəlki dövrlə müqayisədə elə çox deyil. Təhsil müəssisələrinin də bağlanması  üçün əsas yoxdur. Bizə heç hərarəti olan tələbə də müraciət etməyib. Amma qarşıdan Novruz bayramı gəlir, hər şey insanlardan asılıdır. Ara məsafəni gözləsinlər, adamlar çox olan yerə getməsinlər. Qaydalara əməl olunsa, sərt karantinə də ehtiyac qalmaz. Hazırda vaksinasiya aparılır. İlk olaraq 65, indi 50 yaşda olanlar peyvənd olunur, yavaş-yavaş yaş kateqoriyası aşağı düşəcək. Fikrimcə, müsbətə doğru gedirik".
İ.Bayramovun sözlərinə görə, yoluxma sayı 4-5 minə çatsa, təhlükəli sayılır: "Bu zaman sərt karantin təyin oluna bilər. 400-500 nəfərlik yoluxma təhlükəli rəqəm deyil, bundan da kəskin respirator infeksiyalarda daha çox adam yoluxurdu. Sadəcə, infeksiya epidemiya ərəfəsindədir, insanlarda da xəstəliyə qarşı  fobiya yaranıb. Hazırda insanların daha çox maariflənməsinə ehtiyac var. Görürsən işi olmayan, yanaşı xəstəlikdən əziyyət çəkən insanlar maskasız gəzirlər. Bunlar çox təhlükəlidir.
Düşünürəm ki, indiki yoluxma sayı ilə sərt karantin tətbiq olunmaz. İndi bizə  müraciət edənlərin sayı da azalıb. Bir çoxunda da koronavirus mədə-bağırsaq pozuntusu ilə başlayır, 37.1, 37.2 hərarət olur. Ağciyərlərdə hər hansı şikayət olduğunu deyən yoxdur. Əvvəlkinə nisbətən yüngül keçir. İnsanlarda koronavirus aşkarlansa da, kliniki gediş əvvəlki kimi deyil, daha yüngüldür. Bundan əvvəl hərarət düşmürdü, 2-3 antibiotik təyin olunurdu. İlkin gündən boğulmalar müşahidə olunurdu. İndi insanlar xəstəliyi adi bir qrip kimi keçirir".
Qeyd edək ki, bu gündən "Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Bu arada "Sinovac" şirkətinin istehsalı olan "CoronoVac" peyvəndinin Türkiyədə üçüncü klinik sınağının nəticələri açıqlanıb. Vaksinin təsirinin 83.5 faiz olduğu bildirilib.
Bundan başqa, sınağın nəticələrinə görə, "CoronoVac" peyvəndi vaksin olunmuş şəxsin xəstəxanaya yerləşdirilməsinin qarşısını 100 faiz alır.
Nəticələrə əsasən, peyvənd vurulandan sonra yorğunluq, baş, əzələ ağrısı, temperatur və titrətmə kimi hallar müşahidə olunub.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1877   Tarix: 04 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

toy makiyajlari geyim seçimi geymler 2026 debli cantalar 2026 faydalı məsləhətlər alimlər toyluq donlar 2026 kosmetika qizlar atalar sozu şəkərbura baldiza aid haxisda dolça