Azərbaycanda şəxsi təyyarəsi olan milyonçular...

Azərbaycanda şəxsi təyyarəsi olan milyonçular...Hazırda Azərbaycanda 6 min milyonçu, 260 multimilyonçu, 100 ultramilyonçu və 11 sentamilyonçu yaşayır. Bu qalmaqallı məlumat "Knight Frank" şirkətinin illik "The Wealth Report-2017" məruzəsində yer alıb.
Xanim.az virtualaz.org-a istinadən xəbər verir ki, "Knight Frank"ın məruzəsinə əsasən, dünyada sərvəti 1 milyardı ötən şəxslərin sayı 2016-cı ildə 60 nəfər artaraq 2024 nəfər olub. Varidatı 30 milyon dollardan artıq olan ultramilyonçuların sayı 6340 nəfər, onların ümumi sayı isə 193,49 min nəfər təşkil edib.

"Proqnozlara görə, Rusiyada və MDB ölkələrində milyonçuların sayı, 2026-cı ilə qədər 60% artacaq, amma Azərbaycan və Qazaxıstan artımın səviyyəsinə görə Rusiyaya çatacaq. Beləliklə, regionda ultra milyonçuların sayı 5170 nəfər olacaq", - sənəddə qeyd edilir.

"Knight Frank" ekspertləri öz analizlərində həmçinin göstərirlər ki, varlılığın əsas əlamətlərindən biri şəxsi təyyarələrin olmasıdır. Məlumata görə, Azərbaycanda 2016-cı ildə 2006-cı il ilə müqayisədə şəxsi avialayner sahiblərinin sayı 550% artıb (!). Azərbaycanda 10 il əvvəl cəmi iki nəfərdə şəxsi təyyarə var idi, amma keçən ilin nəticəsinə görə artıq bu rəqəm on üçdür. Bu göstəricinin artması üzrə bizim milyonçular dünyada dördüncü yeri tuturlar. Birinci yerdə isə qəribə də olsa, Belarus varlıları gəlir. 2006-cı ildə bu ölkədə xüsusi mülkiyyətdə cəmi bir təyyarə var idi, amma indi Azərbaycanda olduğu kimi on üçdür (1200% artım baş verib).

Tədqiqatda Azərbaycanda super varlı insanların sayı üzrə ətraflı məlumatlar yer alıb. Belə ki, ölkədə 2006-cı ildə 1 milyon dollardan yuxarı sərvətə malik olan 2700 insan var idisə, 2015-ci ilə belələri 5600 nəfər, 2016-cı ildə isə 6 min nəfər olub. Proqnoza əsasən, Azərbaycanda dollar milyonçularının sayı 2026-cı ilində artaraq 9600 nəfər olacaq.

Əgər 2006-cı ilində 120 multimilyonçu var idisə, 2015-cidə – 240, 2016-cıda 260 nəfər, 2026-cı ilə ölkədə 10 milyon dollardan yuxarı sərvətə malik 420 nəfərin olacağı proqnozlaşdırılır.

Ultramilyonçuların sayı 2006-cı ildə 50 nəfər idisə, 2015-ci ildə bu rəqəm 90 nəfərə çatıb və 2016-cı ildə 160 nəfər olacağı proqnozlaşdırılır.

Sənəddə həmçinin göstərilir ki, 2006-cı ildə Azərbaycanda 5 sentamilyonçu olub. 2015-ci ildə sərvəti 100 milyon dolları keçən belə şəxslərin sayı 10-a çatıb. 2026-cı ildə isə 18 nəfər olacaq.

Maraqlıdır ki, mənbə Azərbaycanda sərvəti 1 milyard dolları keçən şəxslərlə bağlı heç bir məlumat verməyib.

Xəbərlər     Baxılıb: 1855   Tarix: 05 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

turlar.az

reseptler makiyaj instagram sade makiyaj sekilleri toyluq donlar 2026 milli mətbəx sirniyyatlar qan qruplari kosmetika narin faydasi qiz burcu azərbaycan yumurta novruz bayramına aid hakışda