Azərbaycanda sınıqçıların "sındırdığı həyatlar

Azərbaycanda sınıqçıların həkimlər hesab edir ki, lisenziyası əlində olmayan şəxsin tibbi fəaliyyətlə məşğul olması absurddur; "Bu məsələlərin əsasında cahillik dayanır"
Milli.Az musavat.com-a istinadən bildirir ki, Azərbaycanda, xüsusilə bölgələrdə bədən üzvlərində yaranan problemə, sınıq və çıxıq probleminə görə sınıqçıya üz tutanlar az deyil.  Sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb.
Uşağın atasının sözlərinə görə, Nəzrin axsadığına görə sınıq və ya çıxığın olduğunu düşünüb xəstəxanaya aparıblar:
"Rentgen müayinəsindən sonra bildirildi ki, belə bir problem yoxdur, damar dolaşması uşaqda narahatlıq yaradar. Bundan sonra masaja görə Nərgiz İmanovanın yanına apardım və o, uşağı sağaldacağını boynuna götürdü. İkinci gün masaj zamanı uşaq ağrıdan şok keçirərək öldü".
Azyaşlının babası Mirkərim Qubadov isə uşağın çarmıxa çəkildiyini iddia edib: "Birinci seansdan sonra səhərə qədər yatmayan uşağı ikinci dəfə sınıqçıya aparıblar. Uşaq məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb. Bu, masaj deyil, kiminsə sözünə uyub apardılar onun yanına".
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
Xalq təbabətində sınıqçılıq xüsusilə məşhurdur. Ümumiyyətlə, cərrahlıq meydana gələnə qədər insanlar yalnız sınıqçılara müraciət ediblər. Hətta yaxşı sınıqçı üçün bir rayondan digərinə gedərdilər. Sınıqçı hərəkətin, sümüyün tamlığının pozulması, şişkinlik və ya hərəkət zamanı sümükdən hər hansı səsin gəlməsini düzəldir. Öncə zədə müəyyən olunur, sonra yumşaldıcı vasitələrdən istifadə edilir. Çünki sınıq zamanı sümüklər yerini dəyişə bilir və bu da əzələlərin yığılmasına səbəb olur. Daha sonra sümükləri yerinə oturtduqdan sonra yumurtadan, xəmirdən və başqa bərkidici məhsullardan istifadə edərək həmin nahiyədə hərəkətsizlik yaradılır ki, hərəkətsizlik nəticəsində sınıq yeri rahat sağala bilsin. Ekspertlər qeyd edir ki, məhz bunları yaxşı bildikləri üçün sümükləri düzgün müalicə edə bilir və beləliklə də insanların etibarını qazana bilirlər. Lakin son hadisədən də göründüyü kimi, bir çox hallarda sınıqçının səhvi ciddi fəsadlara yol aça bilir və hətta faciə ilə nəticələnir.
Bəs insanlar tibb elminin inkişaf etdiyi dövrdə niyə sınıqçılara, türkəçarəyə üz tutmağı seçir? Sınıqçı, çöpçü kimi tanınan şəxslərə nə dərəcədə etibar etmək olar? Ümumiyyətlə, tibdə bunun bir təsdiqi varmı?
Qeyd etmək yerinə düşər ki, illərdir ki, ölkəmizdə sınıqçılara, çöpçülərə, "ara həkim"lərinə müraciət etmək ənənəsi var. İnsanlar problemlərinin həllini diplomlu, peşəkar həkimlərdə deyil, "ara həkim"lərində görürlər. Həkimlər isə bildirirlər ki, müraciətlər əsasən ara həkimlərinin müalicəsindən sonra yaranan problemlərlə əlaqəli olur. Həmin ara həkimlərinin törətdiyi fəsadları sonradan çətinliklə aradan qaldıra bilirlər. Onu da nəzərə çatdıraq ki, internetdə axtarış verdiyimiz zaman da xeyli sayda sınıqçı xidməti ilə bağlı elanları görmək olur. Bəs bununla necə mübarizə aparmalı?
Tanınmış həkim, tibb üzrə elmlər doktoru Adil Qeybulla mövzu ilə bağlı "Yeni Müsavat"a deyib ki, bu məsələlərin əsasında cahillik dayanır: "Burada insanların özlərində də günah az deyil. Təbii ki, bəzən səhiyyə işinin təşkilində də problemlər var. Məsələ burasındadır ki, bu gün rayon ambulatoriyalarında həkimlər maaşa görə çalışmaq istəmir. Burada həkimləri saxlamaq üçün fərqli güzəştlər lazımdır. Stimulyasiya elementləri olmalıdır ki, onlar orada maraqlı olsunlar. Onların yaxşı maaşları olmalıdır, yaxşı gələcək pensiya təminatı olmalıdır ki həkim olsun. İkinci tərəfdən də həkim olmayan təqdirdə bu cür vasitəçilər, həkimlər gündəmə gəlir. Məsələ burasındadır ki, bu uşağın diaqnozu heç qoyulmayıb. Damar dolaşması tam mənasız ifadədir. Bunların heç bir tibbi izahı yoxdur. Burada nə baş verib, travma alıbmı, yaxud haradasa bir bağmı qırılıb, onun sümük boynundamı problem olub, bunu birmənalı demək çətindir. Məhkəmə tibbi ekspertizasının rəyi olmalıdır. Bundan sonra fikir bildirmək olar. İkinci tərəfdən, bunun ikinci yolu odur ki, lisenziyası əlində olmayan şəxs tibbi fəaliyyətlə məşğul ola bilməz, vəssalam".
Pediatr Vaqif Qarayev mövzu ilə bağlı sərt cavab verib: "Sınıqçı, falçı, çöpçü, cinçıxaran, dua yazan molla və bu peşə sahiblərinə tələb hələ də çoxdur. Hələ müxtəlif pirlər də var. Bəziləri deyəcək ki, uşağım çöpçünün hesabına yaşayır. Amma 21-ci əsrin 24-cü ilində bunlara inanmaq çox pisdir.
Əgər iki yaşlı uşağın yerişindəki problem əvvəldən ortaya çıxıbsa, onu masaja, sınıqçıya aparmaq absurddur. Bu gün biz nəyə görə falçıya, çöpçüyə, sınıqçıya möhtac qalmışıq?! Hərəsi bir söz deyir, atası, babası fərqli fikirlər bildirirlər. Körpə bir uşağı çarmıxa çəkmək nə deməkdir?! Bir valideyn, həkim kimi adam lap məəttəl qalır. Ümumiyyətlə, hər kəsə masaj etmək həvalə edilə bilməz. Bunu peşəkarlar etməlidir. Bunu da həkim müayinələrdən sonra təyin etməlidir, daha ara həkimi, sınıqçı yox. Hər ay həkim uşağın fiziki və psixi inkişafını dəyərləndirməlidir. Məsələn, 1 yaşlı uşaq gəzmirsə, ayağa durmursa, deməli, problem var. Həkim axtarıb səbəbini tapmalıdır. Masaj son yanaşmadır. Əgər dərman müalicəsinə ehtiyac yoxdursa, masajla problem həll olunacaqsa, o zaman həkim masaj təyin edə bilər. Uşağın yerişində problem nə zamandan yaranıb? Rentgenə kim göndərib? Sınıqçıya kim yönəldib? Bu sualların cavabı verilməlidir. Çarmıx məsələsi isə məni lap dəli etdi".
Milli.Az

Xəbərlər     Baxılıb: 1429   Tarix: 13 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

geymler 2026 kosmetoloq qis geyimləri 2026 hamilələrin qidalanması cinsi mövzular arıqlamaq qaydaları elm biliye aid atalar sözləri kosmetika tərəzi bürcü sağlamlıq veten vətən haqqında bayatılar qurd xəstəliklərinə qarşı mualicə