Ağırlıq qaldıranlar daha uzunömürlü olur

Ağırlıq qaldıranlar daha uzunömürlü olurDərc olunmuş bir araşdırmanın nəticələrinə görə, həftədə 1,5-2 saat müntəzəm ağırlıq məşqləri ömrü uzatmaqda təsirlidir. Mütəmadi məşqlər həmçinin yıxılma riskini də azaldır.
Milli.Az xəbər verir ki, həftədə 90 dəqiqədən iki saata qədər edilən ağırlıq və müqavimət məşqləri vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Uzun illər davam edən yeni bir araşdırma göstərib ki, müntəzəm güc məşqləri yalnız əzələ və sümük sağlamlığına deyil, həm də ömür uzunluğuna müsbət təsir göstərə bilər.
Britaniyanın BBC kanalının hesabatına görə, tədqiqatçılar 147.374 qadın və kişidən əldə edilən məlumatları əhatə edən üç böyük tədqiqatı araşdırıblar. İştirakçılar 30 il ərzində izlənilib. Təhlil müəyyən edib ki, müntəzəm olaraq ağırlıq və ya müqavimət məşqləri edən insanlarda bu cür məşqlər etməyənlərlə müqayisədə hər hansı bir səbəbdən vaxtından əvvəl ölüm riski 13 faiz daha aşağıdır. Tədqiqat həmçinin güc məşqlərinin, xüsusən də ürək-damar sağlamlığına təsirlərinə diqqət çəkib.
Həftədə 90 dəqiqədən iki saata qədər ağırlıqlarla idman edən şəxslərdə ürək-damar xəstəlikləri, məsələn, infarkt və insultdan ölüm riski 19% daha aşağı olub. Nevroloji xəstəliklərdən ölüm hallarında daha əhəmiyyətli azalma müşahidə edilib. Araşdırmaya görə, demans və oxşar xəstəliklərdən ölüm riski 27% azalıb. Ən böyük fayda iki növ idmanın birləşməsində müşahidə olunub.
Qaçış, üzgüçülük və ya velosiped sürmə kimi müntəzəm aerobika məşqləri edən və buna ağırlıq məşqləri əlavə edən iştirakçıların vaxtından əvvəl ölüm riski 58% daha aşağı olduğu aşkar edilib. Əksinə, tədqiqat həftədə iki saatdan çox güc məşqlərinin heç bir əlavə fayda vermədiyini göstərib. Nəticələr göstərib ki, ən səmərəli sağlamlıq nəticələri orta və müntəzəm müqavimət məşqlərindən əldə edilib. Güc məşqlərinin faydaları son illərdə daha çox diqqəti cəlb edib. Əzələ kütləsi və sümük sıxlığı yaşla təbii olaraq azalsa da, mütəxəssislər ağırlıq məşqlərinin bu prosesi yavaşlada biləcəyini bildirirlər. Mütəmadi müqavimət məşqlərinin yıxılma riskini azalda, hərəkətliliyi qoruya və qocalıqda müstəqil yaşamağı dəstəkləyə biləcəyi bildirilib.
Əzələ kütləsi və sümük sıxlığı yaşla təbii olaraq azalsa da, mütəxəssislər ağırlıq məşqlərinin bu prosesi ləngidə biləcəyini söyləyiblər. Mütəmadi müqavimət məşqlərinin yıxılma riskini azaltdığı, hərəkətliliyi qoruduğu və qocalıqda müstəqil yaşamağı dəstəklədiyi deyilib.
Tədqiqatda diqqətəlayiq başqa bir qeyd də var. Tədqiqatçılar həmçinin həftədə iki saatdan çox güc məşqi etməyin əslində heç bir əlavə fayda vermədiyini aşkar etdibər. (Axşam.az)
Milli.Az

Xəbərlər     Baxılıb: 1086   Tarix: 06 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

həkim məsləhəti gelinlikler kosmetika mehsullari gürcü mətbəxi pirojnalar sevgi cütlüyü hikmətli hekayələr kosmetika cinsi elaqe sağlamlığa aid atalar sözləri qurd ve quzu 8 mart toy gecesı