Azərbaycanda sperma bankı yaradılır: Bir şəxsin bir neçə uşağı olacaq?

Azərbaycanda sperma bankı yaradılır: Bir şəxsin bir neçə uşağı olacaq?Azərbaycanda sonsuzluqla mübarizə çərçivəsində sperma bankının formalaşdırılması ilə bağlı Mərkəzi Klinikanın əməkdaşının yerli KİV-yə müsahibəsi geniş müzakirələrə səbəb olub. 
Məlumdur ki, dünyada təxminən 20% ailə sonsuzluq səbəbindən, valideyn olmaq şansından məhrumdur. Anadangəlmə və ya sonradan qazanılan sonsuzluğa səbəb: kişi və ya qadın cinsi orqanlarının anatomik patalogiyası, reproduktiv sistem işinin pozulması və heç bir müalicəyə cavab verməməsi, ağır xəstəliklər səbəbindən qadına doğuşun zərərli olması ola bilər. 
Müasir dünyada sonsuzluq problemi daha aktual xarakter almaqdadır. Bu bəladan can qurtarmaq üçün, dünyaya yeni həyat gətirmək üçün insanlar müxtəlif üsullardan faydalanırlar. Bir çox hallarda övlad sahibi olmaq istəyənlər sperma bankına müraciət edirlər.
Burada göstəriciləri müəyyən şərtlərə uyğun gələn kişilərin sperması qorunub saxlanılır. Dünyanın bir çox ölkəsində heç bir partnyoru olmadan ana olmaq istəyən qadınlar rahatlıqla sperma bankına müraciət edir. Surroqat analıq - qadının ona bioloji yad olan körpəni bətnində böyütmək və dünyaya gətirmək üçün könüllü ana olmaqdır. Başqa və daha sadə dillə ifadə etsək, surroqat analıq qadın bətninin kirayə verilməsi deməkdir. Çünki doğulan körpə böyüdülməsi üçün genetik valideynlərinə verilir və onlar körpənin hüquqi valideynləri sayılır.
Surroqat analıq proqramı üzrə ilk uğurlu əməliyyat 1986-cı ildə Amerikada reallaşdırılıb. Müasir texnoloji üsullar və insan bədəni ailədəki uşaq problemini həll edə bilməyəndə surroqat ana ən yaxşı vasitə hesab olunur. Hazırda Azərbaycanda ailələrin az faizi sonsuzluq problemi ilə üzləşir. Məhz bu problemdən çıxış yolu kimi surroqat analardan istifadə ölkəmizdə o qədər də isti münasibət görmür. 
Qeyd edək ki, surroqat analıq sonsuzluğun həlli ola bilməz. Çünki surroqat ana, sadəcə, daşıyıcıdır və o mayalanmış yumurta hüceyrələrini daşıyır. Qərbdə insanların surroqat analara ehtiyac duymasının səbəbi sonsuzluq problemi deyil, şəxsi həyatlarını istədikləri kimi yaşamaqdır. Maksimum sərbəstliyə öyrəşmiş amerikalı ailə hamiləliyin reallaşdığı 9 aylıq zamanı vaxt itkisi və yaxud da qadın gözəlliyinin pozulması kimi dəyərləndirir və bu səbəbdən də ər-arvaddan alınmış sperma və yumurta hüceyrəsi laborotoriya şəraitində mayalandırılır və surroqat ananın bətninə yerləşdirilir.
Bəs görəsən, İslam dini bu proseslə bağlı nə deyir?
Milli.Az bildirir ki, azxəbər bu suallara cavab tapmaq üçün ilahiyyatçı Hacı Təyyar Hüseynli ilə əlaqə saxlayıb.
İlahiyyatçı bildirib ki, İslam dinində bu tip proseslərə yalnız cütlüklər arasında kəbin olarsa icazə verilir:
"Belə bir şey İslam dininə görə yalnız kəbinlə mümkündür. Quranın ayəsinə görə, belə bir qayda yalnız kəbinləri mövcud olan cütlüklərə icazəlidir. Başqa bir yad kişinin hormanları, embrionları ilə bəslənməsində onun spermasından istifadə etmək naməhrəm xanımın uşaqlığında haramdır. Bütün dünyada bu proses ola bilər, amma İslam ölkələrində cütlüklər kəbin kəsdirərək buna nail ola bilərlər. Çünki kəbin kəsilməsi aradakı məhrəmiyyəti bərpa etmiş olur. Ər-arvadın mayalanmış yumurtalarına tətbiq edilən surroqat analıq haram xarakterli bir işdir və onu dini cəhətdən münasib hesab etmək olmaz. Qadın uşaqlığını aralarında kəbin olmayan kişinin spermasını mayalandırmaq məqsədilə istifadəyə verə bilməz".
Həmçinin o, Azərbaycanda bu prosesin icrasının cəmiyyət tərəfindən birmənalı qarşılanmayacağını söyləyib:
"Azərbaycan nə dərəcədə Qərbə inteqrasiya etsin, nə dərəcədə milli-mənəvi dəyərlərində müəyyən əyləncələr əlavə etsə də, Qərbə meyillilik olsa da, bəzi azərbaycanlı ailələr bu prosesi normal hesab etsələr belə, İslam dinində bu yalnız kəbin üsulu ilə mövcuddur. Azərbaycanda hələ də müəyyən qaydalar var ki, onlara xüsusi həssaslıqla yanaşılır. Süni mayalanma məsələsi əvvəllər insanlar tərəfindən birmənalı qarşılamırdı, bu prosesə isti yanaşmırdılar. Zaman keçdikcə hər kəs bu prosesi normal qarşıladılar və həkimlər izah etdilər ki, bu prosesdə yad bir şey yoxdur. Əslində qalanda İslam dinində ona da ancaq halal cütlüklərə icazə verilir. Donor ata və ya ana məsələsi Azərbaycanda birmənalı qarşılanmayacaq. İnsanlar düşünəcək ki, necə ola bilər yad bir kişinin sperması öz xanımının bətnində formalaşdırılsın. Bu, müsəlman Azərbaycan düşüncə tərzinə tamamilə yaddır. Düşünürəm ki, nə qədər sivil ailələr ola, nə dərəcədə Avropa və Qərbə meyillilik ola, bunu Azərbaycan cəmiyyəti qəbul etməyəcək".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1777   Tarix: 25 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək

Qəhvə istehlakı ilə bədən quruluşu arasında əlaqəni araşdıran yeni elmi iş maraqlı nəticə ortaya qoyub. Məlum olub ki, daha çox qəhvə içən insanlarda bədən və qarın nahiyəsindəki yağ göstəriciləri daha aşağı ola bilər. xəbə

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

turlar.az

kosmetika mehsullari gozel gorunmek yaz geyimleri 2026 cins şalvar qan qruplari qonag otagi dizayni pnevmoniya xesteliyi kosmetika cinsi novruz bayramına aid bakışta novruz gozde olar englishdilində qulaq