Azərbaycanda uşaqlarda koronavirusun ağır gedişatı - Pediatr əlamətləri AÇIQLADI

Azərbaycanda uşaqlarda koronavirusun ağır gedişatı - Pediatr əlamətləri AÇIQLADIKoronavirus pandemiyası yaranandan virusun uşaqlardan yan keçməsi bir az da olsa insanları sevindirdi. Virusun ağırlaşması ilə çarpışan böyüklər ən azı uşaqlarından arxayın idi və xəstəxanalar xəstə uşaqlarla dolub daşmadı.
Lakin sonradan uşaqların da koronavirusa yoluxduğu, hətta gizli, təhlükəli daşıyıcı olması açıqlandı.
Milli.Az xəbər verir ki, pediatr həkim Aytən İsmayılzadə son zamanlar uşaqlarda koronavirusun daha qabarıq və qarışıq simptomlarla keçdiyini müşahidə edib. Həkim öz təcrübəsindən irəli gələrək bunları açıqlayıb:
"Son iki həftədə qəbul etdiyim uşaqlar arasinda 5 nəfəri Covid-19 ağırlaşması ilə oldu. Onlarda hərarət çox yüksək 39-40, çox halsızlıq, iştahsızlıq, qarında ağrılar, qusma, ishal, dəridə gedib gələn qızartılar, gözlərdə qızartı (ikisi qan dolmuş kimi), boyun limfa düyünlərinin böyüməsi, ağrılı olması (limfadenit) analizlərdə CRP 150-350-dən yuxarı , EÇS 60-80, leykositlər 20000 civarında, neytrofilyoz göründü.
Bəli, bu əlamətlər digər virus qrip infeksiyalarinda da ola bilir. Amma biz başqa infeksiyanın epidemiyasını yaşayırıq. Həm də bu virus mutasiyaya uğrayıb əvvəl etmədiyini sonra edə bilir. Əgər evdə Covid infeksiyası olubsa, yaxud onun ən kiçik bir əlaməti kimdəsə olubsa, məsələn dadbilmənin itməsi, o zaman evdə uşaq daxil hər kəsin yoluxduğunu bilin.
Amma uşaqlara antiviral dərmanları verə bilmərik. Çunki favipiravir uşaq orqanizmi uçun ağırdı, arbidol isə virus uçun zəifdir. İzləyəcəyik. Kim virusu necə keçirir? "Hər kəs artıq sağaldı" dediyimizdə bir uşağın hərarətinin yüksək rəqəmlərə qalxması məhz onun ağırlaşması ola bilər.
Koronavirus immuniteti çox yoran, tükəndirən bir gücə malikdir. İmmunitet zəiflədiyində, əlbəttə bakteriyaların aktivləşməsi baş verəcək. Covid-də bu proses sürətlə baş verir. Mutləq CRP və qan umumi analizini verin. CRP yəni C reaktiv protein bədəndə iltihabın səviyyəsini göstərir.
Baş verən ağırlaşma əslində sadəcə bakterial aktivləşmə ilə bağlı olmur. Multiorqan iltihab sindromu baş verə bilir. Prosesə ürək, böyrəklər, ağciyərlər, qaraciyər, mədəaltı vəz də cəlb oluna bilir. Bir Covid pozitiv uşaqda bir həftə sonra poliserozit görüldü və xəstəxanaya yatırıldı. Poliserozit - yəni döş qəfəsi, qarın boşluğu seroz qişalarindan maye ifrazı artımıdır. USM muayinədə qarın boşluğunda, plevral boşluqda maye yığılması muşahidə edildi. Yəqin ki, bu hal böyrək yumaqcıqlarının virus ilə zədələnməsi səbəbindən nefrotik sindrom inkişafı ilə bağlı oldu.
Uşaqlarda Covid ağırlaşması ilə görulən halsızlıq sadəcə kefsizlik deyil, uşaq qolunu qaldırmaqda belə çətinlik çəkir. Və bu halsızlıq ishal, qusma olmasa da olur. İştahsızlıq isə valideynlərin həmişə şikayət etdiyi iştahsızlıq olmur.
Qan dəyərləri, döş qəfəsi rentgeni, lazim olarsa Exo, EKQ, Usm muayinəsindən sonra kimin evdə, kimin xəstəxana şəraitində mualicəsinə qərar verilir. Geniş spektrli antibiotik təyinindən sonra hərarətin tədricən düşməsi, limfa düyünlərində ağrının şişkinliyin azalması, gözlərdə qızartının azalması yaxşılaşma əlamətidir. Halsızlıq, iştahsızlıq daha sonra düzələn əlamətlərdir. Ürək, böyrək zədələnməsi olduqda xəstəxana şəraitində steroidlər, immunoqlobulin və s ilə mualicə həyata keçirilir". /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1485   Tarix: 08 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Tofu pendiri nədir, nəyə xeyri var?

Tofu soya südünün müxtəlif maddələrlə (kalsium sulfat, maqnezium xlorid və ya limon şirəsi) çürüdülərək lor halına gətirilməsi və sonra bloklar halında preslənməsi ilə hazırlanır.  xəbər verir ki, tofu bitki mənşəli olduğ

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?

Gündəlik istifadə olunan ətir və dezodorant məhsullarının düzgün tətbiqi ilə bağlı mütəxəssislər vacib məqamlara diqqət çəkirlər. Onların sözlərinə görə, ətirin birbaşa dəriyə vurulması bəzi hallarda arzuolunmaz təsirlər

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "MV Hondius" kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib. xəbər verir ki,o, Madriddə keçirilən mətbuat konfransınd

.

Bu vitaminləri ehtiyacınız yoxdursa, içməyin - XƏBƏRDARLIQ

Son illərdə vitamin və mineral əlavələrinin nəzarətsiz istifadəsi sürətlə artıb. qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan tövsiyələr, tanış məsləhətləri və "tez effekt" vədləri səbəbində

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

.

Portağalın hansı faydaları var?

Portağal sağlamlıq üçün ən faydalı meyvələrdən biri hesab olunur.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, portağal C vitamini ilə zəngin olduğundan immun sistemini gücləndirir və orqanizmi müxtəlif infeksiyalar

turlar.az

yaz geyimleri 2026 həkim məsləhəti qadin dunyasi qadın sinəsi karolın ve gızlı dunya ızle qadın müdafiəsi hamiləliyə hazırlıq kosmetika nagillar insan sekis atalar sözləri novruz bayramina aid hakistalar