Azərbaycanda yetişən möcüzənin BİLMƏDİYİMİZ FAYDALARI: xərçəngi yox edir, ürək və damarları...

Azərbaycanda yetişən möcüzənin BİLMƏDİYİMİZ FAYDALARI: xərçəngi yox edir, ürək və damarları...Bayramlarda süfrəmizin bəzəyinə çevrilən fındıq barədə bilmədiyimiz çox şey var.
Publika.az ölkəmizin, əsasən, şimal və qərb bölgələrində yetişən bu möcüzə barədə bilinməyənləri təqdim edir.
E vitamini ilə zəngin olan fındıq kosmetika və dərman sektorlarında xammal kimi istifadə olunur. Qabığından yağına qədər bütün elementləri ilə əvəzolunmaz faydalar bəxş edir.
Bol miqdarda yağışı sevən kol bitkisində yetişən fındığın təbiətdə bir neçə çeşidi var. Tərkibində doymamış yağ turşuları, fito-kimyəvi maddələr, lif, kalium, kalsium və maqnezium mövcuddur. Emal olunmamış çiy fındıq protein, antioksidant, karbohidrat, B riboflavin, tiamin, niasin, piridoksin, pantoteik və sin ilə zəngindir. Bunun sayəsində miokard infarktından qandakı şəkər səviyyəsini balanslaşdırmasına qədər bir çox vəzifəni yerinə yetirir. Hər gün bir ovuc istifadəsi gündəlik enerji ehtiyacını 100% təmin edir.
Azərbaycanda yetişən möcüzənin BİLMƏDİYİMİZ FAYDALARI: xərçəngi yox edir, ürək və damarları...Çiy fındıq dəri və həzm sistemi üçün olduqca faydalıdır. Lakin həddən artıq yeyiləndə çəki artımına səbəb ola bilər. Bəzi insanlarda isə mədə ağrısı, qaşıntı və boğazda qıcıqlanma kimi simptomlarla allergiyaya səbəb ola bilər.
Faydaları
Aparılan araşdırmalar sayəsində fındığın damar divarlarını qoruyaraq tıxanmanın qarşısını aldığı və ürək-damar xəstəliklərinə faydalı olduğu ortaya çıxıb. E vitamini sayəsində isə miokard infarktının qarşsını alır.
Həzmin daha yaxşı işləməsi üçün orqanizmin lif qaynağına ehtiyacı var. Beləliklə, mədədə üyütmə daha asanlıqla baş verir. İshal və qəbzlik kimi problemlərin yaranması ehtimalını azaldır. Lif sadəcə həzmi deyil, qanda şəkərin səviyyəsini də balanslaşdırır və diabet riskini azaldır.
Yüksək antioksidant tərkibi sayəsində bədəndəki zərərli maddələri kənarlaşdırıb hüceyrələrin cavanlığını qorumasına yardımçı olur. Beləliklə, erkən yaşlanmanın qarşısını alır. Bədənə daxil olan ultrabənövşəyi və infraqırmızı zərərli şüalarının yarada biləcəyi dəri xəstəlikləri riskini azaldır. Çiy fındıq cildin parlaq və canlılığını qoruyur.
Oynaq və sümüklərdə kalsiumun azalması şiddətli ağrılara səbəb olur. əzələ yorğunluğu və qadınların mensturasiya dövrlərindəki ağrıları azaltmaq üçün maqneziuma ehtiyacı olur. Mütəxəssislər bu kimi problemlərin yaşanmamasın üçün hər gün fındıq yeməyi tövsiyə edir.

Güclü antioksidant olduğu üçün sadəcə hüceyrələri yeniləməz. DNT-si pozulan hüceyrələrin də sayını azaldaraq xərçəngin qarşısını alır.
B6 vitamini ilə zəngin olan fındıq beyindəki sinirləri hərəkətə keçirir. Bu sinir siqnalların düzgün işi stress və depressiya ehtimalını aşağı salır. Eyni zamanda, orqanizmin daha sağlam fəaliyyətini təmin edir.
Yüksək miqdarda doymamış yağları sayəsində uzun müddət toxluq hissi yaradır. Bədəndəki artıq yağların əriməsinə kömək edir.
Fındıq yağının faydaları
Fındıq yağı saç köklərini gücləndirir, quruyub tökülməsinin qarşısını alır. Dərinin pH səviyyəsini balanslaşdırır. Dərinin elastikliyini qoruyaraq yaşlanmasının qarşısını alır. Sızanaq və qara nöqtələrin yaranmasını əngəlləyir.
100 qr fındığın qida dəyərləri
Kalori: 628 qr
Ümumi yağ miqdarı: 61 qr
Kalium: 680 qr
Karbohidrat: 17 qr
B6 vitamini: 0,6 mq
Kalsium: 114 mq
C vitamini: 6,2 mq
Xolestero: 0 mq
Protein: 15 qr
Dəmir: 4,7 mq
A vitamini: 20 İU
D vitamini: 0 İU
Maqnezium: 163 mq
Fındıq qabığının faydaları
Xərçəng hüceyrələrinin yaranmasının qarşısını alan "psclitaxel" və digər "taxanes" növləri fındıq qabığının tərkibində mövcddur. Bu maddələr sayəsində xərçəng dərmanlarının tərkibində də fındıq qabığı yer alır. Eyni zamanda, qaynadılaraq dəri qulluğu məhsullarının tərkibinə də əlavə olunur. A və C vitamini ilə zəngindir. Qaynadılıb içiləndə bağırsaq florasını balanslaşdırır. Qan dəyərlərini normallaşdırır və damar xəstəliklərinin qarşısını alır.
Zümrüd

Sağlamlıq     Baxılıb: 2377   Tarix: 16 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

toy makiyajlari həkim məsləhəti gözəllik məhsulları qizil sozler qaşların formalari hakişta geyim dəbləri kosmetika efsaneler nagillar qızlıq pərdəsi xocali bayraq