Azərbaycanın bu rayonunda dəhşətli ailə dramı – Kişi arvadını diri-diri yandırdı
Tovuzda dəhşətli ailə dramı baş verib.
Yanvarın 15-də Tovuzda 41 yaşlı kişi qeyri-rəsmi şəkildə münasibətdə olduğu 28 yaşlı qadını yandırıb.
Belə ki, həmin gün saat 21:00-da 1978-ci il təvəllüdlü Əflatun Məhərrəm oğlu Ələkbərov münasibətdə olduğu 1991-ci il təvəllüdlü Nüşabə Zeynaləbdin qızı Bayramovanın üstünə benzin tökərək yandırıb.
Hadisə nəticəsində qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə şəxsi mübahisə zəminində baş verib. Belə ki, qadın kafelərin birində işə düzəlib. Kişi isə onun kafedə işləməsinə etiraz edib. Lakin qadın onun sözünü dinləməyib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
/bakuws
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir