Azərbaycanlı aktrisa amerikalı kinorejissora ərə getdi

Azərbaycanlı aktrisa amerikalı kinorejissora ərə getdiBir neçə həftə əvvəl 79-cu "Venesiya Film Festivalı" çərçivəsində təqdim edilən "Banu" filminin rejissoru eyni zamanda baş rolda çəkilən azərbaycanlı aktrisa Təhminə Rafaellanın ötən axşam toyu baş tutub.
azxeber.com "bizim.media"ya istinadən xəbər verir ki, sənətçi amerikalı kinorejissor 173-cü hava-desant briqadasının döyüş qrupunun keçmiş paraşütçüsü Henri Hugeslə ailə qurub.
Cütlüyün toyu paytaxtın dəbdəbəli restoranların birində baş tutub.
Açılışda Təhminə ilə Henri "O olmasın bu olsun" filmində səslənən Məşədi İbadın "Mən nə qədər qoca olsam da dəyərəm min cavana" musiqi sədaları altında rəqs ediblər. Bəyin milli rəqsin öhdəsindən məharətlə qəlməsi qonaqları heyran edib.
Toyda dəvətlilər arasında Təhminənin bir sıra sənət yoldaşları iştirak edib.
Qonaqlardan biri isə "Banu" filmində Təhminənin anasını canlandıran Əməkdar artist Mələk Abaszadə olub. Sənətçi həmkarı ilə toyda çəkilən fotosunu sosial şəbəkə hesabında paylaşaraq, cütlüyə xoşbəxtlik arzu edib.
Gecənin musiqi qonaqları isə Xalq artistləri Zülfiyyə Xanbabayeva və Miri Yusif olub. Onlar sevilən mahnıları və hit duetləri ilə gecəyə rəng qatıblar. Aşiqlər isə onların ifaları sədaları altında rəqs ediblər.

Şou Biznes     Baxılıb: 1165   Tarix: 02 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

turlar.az

geyim və ayaqqabılar kosmetoloq geyim necə seçməli 2026 donlari arıqlama sirləri gəlin qayınana qadın döşü kosmetika kokelmek prostat qurd xəstəliklərinə qarşı mualicə rus dilini oyrenek 2ci ders veten seirleri