Azərbaycanlı Elnarə polisi maşınla vurub ,"kapot"da sürüdü və Bakıya qaçdı - VİDEO+FOTO

Azərbaycanlı Elnarə polisi maşınla vurub ,"kapot"da sürüdü və Bakıya qaçdı - VİDEO+FOTOUkraynada gənc qadın avtoxuliqan peyda olub. Söhbət Lvov şəhərinin 26 yaşlı sakini, azərbaycanlı Elnarə Əbiyevadan gedir.

Xanim.az-ın virtualaz.org-a istinadən verdiyi məlumata görə, son illərdə o, dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün saxlanılıb.

Lakin yanvarın 7-də Əbiyeva bir az da uzağa gedib.

Lvov polisinin mətbuat xidmətinin rəsmi məlumatına əsasən, "Peugeot" avtomobilini idarə edən qadın təxminən saat 14-də General Çuprinka küçəsində saxlanılıb – o, qarşı yolda yerləşən tramvay xəttinin üzərinə çıxıb. Polis əməkdaşları sürücüdən sənədlərini təqdim etməyi tələb ediblər, lakin Əbiyeva bundan imtina edib.

Qayda pozucusu ilə ünsiyyət zamanı müfəttişlər fikir veriblər ki, qadın özündə deyil və narkotik sərxoşluğu vəziyyətindədir. Elə bu vaxt Əbiyeva gözlənilmədən maşını sürüb və müfəttişlərdən birini vuraraq, kənara tullayıb.

Bundan dərhal sonra avtoxuliqan qadın ikinci müfəttişi də vurub, lakin bu müfəttiş daha möhkəm çıxıb və maşının kapotundan yapışıb. Yaranmış vəziyyət Elnarəni dayandırmayıb, o, kapotun üstündə polis müfəttişi ilə maşını bir neçə küçə boyunca qovub. Təxminən 500 metrlik bu məsafə yolboyu quraşdırılmış kameralara düşüb və əsl Hollivud filmlərini xatırladıb.

Son nəticədə, Elnarə Əbiyeva müfəttişi kapotun üstündən yerə ata bilib və polis əməkdaşı böyük sürətlə yola sıçrayıb, qadın sürücü isə aradan çıxıb.

Məlum olduğuna görə, xəsarət almış polis əməkdaşı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun qolunun sındığı, bir sıra digər xəsarətlər aldığı müəyyən olunub. Patrul Roman Pilipenko hadisənin qeyd olunduğu videonu sosial şəbəkələrdə yayımlayıb və avtoxuliqanın adını açıqlayıb – Elnarə Əbiyeva.

Lakin sonradan həmin qadının başına gələnlər müəmmalıdır – sosial şəbəkələrdəki fəallığını nəzərə alsaq, Elnarə azadlıqdadır.

O, "VKontakte" sosial şəbəkəsində, habelə "İnstagram"da publika üçün bağlı səhifədə özünün balaca qızı ilə fotolarını yayır. Əbiyeva polislə baş vermiş insidenti ertəsi gün sosial şəbəkədə özünəxas şəkildə şərh edib: "Bəzi "zibilləri" saymasaq bayram əla keçdi. Həyatdan zövq alın və zibil olmayın". Fotolara əsasən, Əbiyeva yeni il tətilini doğma Bakıda keçirib.

Yanvarın 10-da isə o, "İnstagram"da davranışları barədə ünvanlanmış sual yağışını dayandırmaq ümidi ilə qeyd yerləşdirib. Sosial şəbəkələrdə Əbiyeva elnara_star niki ilə tanınır. Qeyd edək ki, hazırda onun səhifəsi qapalıdır.

Maraqlıdır ki, yerli fəal Martin Brest "Facebook"da qızın qaçdığını, ancaq adının İnterpolun bazasına daxil edilmədiyini yazır. Lvov polisi bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşına müqavimət göstərən və zor tətbiq edən xuliqanı 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Azərbaycanlı Elnarə polisi maşınla vurub ,"kapot"da sürüdü və Bakıya qaçdı - VİDEO+FOTOAzərbaycanlı Elnarə polisi maşınla vurub ,"kapot"da sürüdü və Bakıya qaçdı - VİDEO+FOTO

Xəbərlər     Baxılıb: 2284   Tarix: 12 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

geyim necə seçməli maskalar geyim dəbləri murebbelerin hazirlanmasi xalq mahnilari sozleri toy ideyalari yuxu pozğunluğu kosmetika qızlıq pərdəsi heyati oğlaq gözəllik qaynana