Azərbaycanlı gənclər "O səs Türkiyə"dən uzaqlaşdırıldılar - Video
"O səs Türkiyə" müsabiqəsinə qatılan azərbaycanlı gənclər Zülfi Əsədov, İlham Nəzərov və Müşfiq Əliyev yarışmadan kənarlaşdırılıblar.
"Qafqazinfo"nun məlumatına görə, bu barədə əməkdar artist Aybəniz Haşımova Feysbuk hesabında yazıb.
"Dəyərli jurnalistlər və tamaşaçılarımız, sizi nə qədər çox sevdiyimi Allah bilir. Amma kiçik bir iradımı qəbul edin. İrad bildirəndə onu kökündən kəsib atmayın, səhvini düzəltmək şansı olanları və diri qalmaq istəyənləri söz ilə öldürməyin. Türkiyənini "O səs Türkiyə" müsabiqəsində bəstəkarlarımız və musiqilərimizin adları anonim yazılıb. Doğru olaraq yazırsınız ki, bununla qəlbimizə toxunurlar. Mən də bundan çox narahat olmuşam, qəlbim dəfələrlə qırılıb. Axı niyə? Onlar bizim qardaşımızdır axı...
Amma, qurban sizə irad bildirəndə elə edək, elə başa salaq ki, bu, bir də təkrarlanmasın. Yoxsa hər şeyi kökündən elə kəsirsiniz ki, bunun əziyyətini istedadlı gənclərimiz çəkir. Son vaxtlar mətbuatımızda o yarışma ilə bağlı o qədər tənqidi fikirlər yazıldı ki, nəticəsi belə oldu. Hazırda "O səs Türkiyə" yarışmasından Zülfi Əsədov, İlham Nəzərov, Müşfiq Əliyev və digər isteadadlı azərbaycanlı səs sahibləri uzaqlaşdırıldılar. Baxmayaraq ki, münsiflər yalvararaq onları komandalarında körmək istədiklərini demişdilər. Mənim fikrim budur. Onlar sizin yazdığınız haqlı iradlara cavab olaraq istedadlı balalarımızı yarışdan kənarlaşdırdılar. Canları sağ olsun, təki Türkiyə yaşasın, başı bəla görməsin, təki dərdləri bir yarışma dərdi olsun. Türkiyə, nə olursa-olsun, Azərbaycan həmişə sizinlədir".
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR