Azərbaycanlı kişi ginekoloqdan VACİB XƏBƏRDARLIQ: Doğuş zamanı koronavirusun körpəyə...

Azərbaycanlı kişi ginekoloqdan VACİB XƏBƏRDARLIQ: Doğuş zamanı koronavirusun körpəyə..."Bu tip pandemiyanın insanlarda xəstəlik törədən versiyası çox yeni olduğuna görə daha dəqiq məlumat vermək çətindir. Virusun, xüsusən yaşlılara ziyan vermə səbəbi yaşlandıqca qanda artan protein qrupu ilə əlaqəlidir. İndiki halda bu protein qrupu gənclər və uşaqlarda olmadığına görə çox zərər verəcəyini düşünmürük".
Bu sözləri -a açıqlamasında uzman ginekoloq-cərrah Emin Haqverdiyev koronavirusun hamilə qadınlar üçün risk məsələsindən danışarkən deyib. O, hamilə xanımlar və yeni doğulmuş körpələrə koronavirus testinin tətbiqi məsələlərinə də aydınlıq gətirib:
"Hamilə olub-olmamasından asılı olmayaraq, özündə hansısa simptomları hiss edən xanımlar əlbəttə ki, həm tibbi cəhətdən nəzarətdə olması, həm də ətrafdakı insanlara zərər verməməsi üçün o testi etdirməlidir. Doğulandan sonra körpəyə də bu testi etdirmək mümkündür. Yoluxmuş körpələrin müalicəsi də digər yetişkinlərdəki kimi davam etdirilir. Yəni, tənəffüs dəstəyinə ehtiyac varsa, cihazdan istifadə olunur, çünki hələ də bu virusa faydalı olacaq dəqiq dərman qrupu aşkarlanmayıb".
Ginekoloq bildirib ki, virus uşaqlara südlə yox, əsasən damcı yolu ilə keçir:
"Xəstələnən körpələrdə virus südlə yox, əsasən damcı yolu ilə keçir. Koronavirusun körpəyə doğuş zamanı qanla keçdiyini düşünmürük. Uşaq doğulandan sonra virusa yoluxmuş insan tərəfindən tənəffüs yolu ilə yoluxdurula bilər".
Həkimin sözlərinə görə, maska taxmaq, əlləri tez-tez yumaq və evdə qalmaq kimi normal profilaktik qaydalara əməl etdikdə, hamilə xanımlara və uşaqlara yoluxma ehtimalı digər insanlardan heç də artıq deyil:
"Virusdan qorunmağın ən səmərəli üsulu lazım olmadığı müddətdə çölə çıxmamaqdır, çölə çıxdıqda isə gələn kimi paltarlarını bir yerə yığmaq, hamam otağına keçib, uşağın əl-üzünü yumaq, mümkünsə duş aldırmaqdır.
Azərbaycanlı kişi ginekoloqdan VACİB XƏBƏRDARLIQ: Doğuş zamanı koronavirusun körpəyə...Profilaktik tədbirlər kimi bunları etmək olar:
"Dırnaqlar qısa kəsilməlidir. Çöldən evə daxil olanlar üzərindəki geyimləri dəyişib, hamam otağında əl-üzünü sabunla yaxşıca yuyub, yeni geyimlə evə daxil olmalıdır. Gün ərzində əllərini buruna, üzə tez-tez toxundurmayın. Çöldən gələn yeyəcəklər qapıda ən az 2-3 saat saxlanılsın, sonra içəriyə alınsın.
Ayaqqabılar üçün xüsusilə uşaqların təmas edə bilməyəcəyi ayrıca yer ayrılsın. Çünki o hissəciklər ayaqqabının altında evə gələ bilər".
Həkim koronavirusdan qorunmaq üçün düzgün qidalanma formasından da danışıb:
"Mümkün qədər təbii qidalara üstünlük verin. Hər hansı xüsusi qida deyil, tarazlı qidalanma – yəni, az-az hər şeydən yemək önəmlidir. Çünki hansı qida qrupunun virus üçün faydalı olacağı haqda məlumatımız yoxdur. Peyvəndi və yaxud özünəməxsus immunitet forması tapılanadək bu virusla yaşamalı olacağıq. Bu dövrü sağlam şəkildə başa vursaq belə, illər ərzində mutasiyaya uğramış forması qarşımıza çıxacaq".
Sevinc Xanqızı

Sağlamlıq     Baxılıb: 2321   Tarix: 27 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

turlar.az

aksessuarlar geyim şəkilləri maskalar geyim və aksessuarlar körpə yeməyi aliment öhdəlikləri gil maskalari kosmetika sevgi novruz bayramı haxışta qızlıq pərdəsi xerceng vətən