Azərbaycanlı mərhum polkovnikin həyat yoldaşı ÜRƏKLƏRİ DAĞLADI: "BALAM ölüm ayağındadır"

Azərbaycanlı mərhum polkovnikin həyat yoldaşı ÜRƏKLƏRİ DAĞLADI: "BALAM ölüm ayağındadır"Mərhum polkovnikin oğlu 8 yaşlı Nahid ağır xəstəliklə mübarizə aparır.
Xanim.az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə azyaşlının anası Nərgiz Əliyeva məlumat verib. O, Nahidin atası, DİN-in polkovnik-leytenantı olmuş Elmir Əliyevin nadir ADEM xəstəliyindən vəfatından sonra ailənin növbəti çətin sınaqla üzləşdiyini bildirib. Belə ki, E.Əliyevin vəfatının ardından ailənin böyük övladı, 8 yaşlı Nahid Əliyevin beynində şiş aşkar edilib:

"Mən bu az yaşımda sevdiyim insanı aylarla çəkən ağır xəstəlikdən sonra itirdim. Onun xəstəliyi dövründə oğlumun da başında yenidən şişin yarandığını hər il apardığımız kimi müayinə zamanı öyrəndim. Bilirsiz necə ağır bir vəziyyətdir? Bir tərəfdə yoldaşın, bir tərəfdə övladın... 6 il əvvəl övladımızın xəstəliyində dostların qohumların köməkliyi ilə bu problemin öhdəsindən gəldik. Yoldaşımla çiyin-çiyinə mübarizə apardıq. Övladımız üçün iki gün yad bir ölkədə xəstəxananın dəhlizində yatdıq. Əməliyyatdan sonra yaranan hərəkətsizliyi aradan götürmək üçün illərlə əlimizdən gələni etdik. Mənim yanımda olub dəstəkləyən qohumlarımız, dostlarımız olsa da, Elmirsiz çox çətindir, bu məsuliyyəti tək daşımaq doğurdan da çox çətindir. Atası vətəninə dövlətinə çox bağlı bir insan və hərbçi idi. "Dövlətimin QALİB ƏSGƏRİ olmaq mənim üçün ən böyük və şərəfli vəzifədir" deyərdi Elmir. Sizlərdən xahişim köməyinizi övladımdan əsirgəməyin, bunu ölkəmin qalib əsgərinin həyat yoldaşı və anası kimi istəyirəm. Elmir edə bilmədiklərini övladının həyata keçirməsini istəyərdi. Nahid deyir ki, "mən böyüyəndə həkim olacam. Atamı xilas edə bilmədim. Amma başqa ataları xilas edəcəm. Qoy, Nahid balam yaşasın ki atasını yaşatsın..."

Ananın sözlərinə görə, Azərbaycanda riskli olduğuna görə heç kim bu əməliyyatı üzərinə götürmür. Əməliyyat təcili olaraq Türkiyədə olmalıdır:

"Nahid 2011-ci ilin mart ayında Türkiyədə 2 yaşında başında su yığıldığına görə 2 gün ardıcıl olaraq 2 dəfə əməliyyat keçirib. Əməliyyatdan sonra geriləyən fiziki imkanlar illər ötdükcə irəlilədi və 90% düzəldi. Ancaq indi beynin başqa bir yerində şiş əmələ gəlib. 8 yaşındakı Nahidi həkim yenidən əməliyyata dəvət edir. Lakin bu səfər xəstəxana 50000 dollar istəyir. Əgər əməliyyat edilməsə, bir neçə aydan sonra fiziki imkanlarını, xüsusilə gözlərini itirə bilər. Sonra isə şiş böyüdükcə beyindəki damarları və sinirləri zədələyərək daha böyük və pis nəticələrə gətirib çıxara bilər".

N.Əliyeva hər kəsdən "1 manat, 1 həyat" kampaniyasına qoşulmağa çağırıb:

"Hazırda 1 aydır ki, "Facebook"da başlatdığımız aksiyada məbləğin 10%-i yığılıb. Elmirin xəstəliyi ilə əlaqədar bütün hər şeyimizi satdıq. Əlimizdə heç bir satılacaq nəsə yoxdur. Mən bütün xalqımdan şərəfli zabit oğlunu ölümlə baş-başa buraxmamağa çağırıram. Nahidi xilas etmək istəyənlərin bizə kömək etməsini rica edirəm".

Ödəniş etmək üçün:
Bank of Baku
Hesab nömrəsi: 3801000GB605774A58
İBAN: AZ08JBBK003801000GB605774A58
MilliÖn vasitəsilə ödəmək üçün:
Müştəri kodu: 672690
Doğum tarixi: 12.02.1983
---------------------
Hesab nömrəsi: 3801000GB605774A58
Şəxsiyyət Vəsiqəsi: AZE13285962

Əlaqə üçün:
055 682 68 61

Xəbərlər     Baxılıb: 2013   Tarix: 24 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Bir məşq səkkiz xroniki xəstəlik riskini azaldır

Tədqiqatçılar Böyük Britaniya Biobank məlumatlarından istifadə edərək təxminən 470 min insanın hərəkətlərini 9 il boyunca izləyiblər. Nəticələr göstərib ki, ümumi fiziki fəallığının cəmi 4 faizini yüksək intensivlikli məşqlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

turlar.az

qadin dunyasi kosmetika mehsullari makiyaj etmek qaydalari mütləq bilməlisiniz mektebli sac duzumleri 2026 ci ilin debi ciyer qovurma kosmetika baldiza aid haxisda gözəllik bir arzum var bayatilar novruz hakisdalari