Azərbaycanlı məşhurlar ermənilərin olduğu kafedə "Şuşanın dağları"nı oynadılar - VİDEO
Tanınmış teleaparıcılar Afaq Gəncəli, Zemfira Adıgözəlova və Nərgiz Mamedova Gürcüstana istirahətə yollanıbar.
Xanim.az publika.az-a istinadən bildirir ki, məşhurlar axşam yeməyi üçün restoranların birinə getməli olublar. Orada yan masalarda ermənilərlə qarşılaşan aparıcılar "Şuşanın dağları", "Qarabağ" və "Qaraxal yar" mahnısını sifariş edərək, rəqs ediblər.
Bu barədə açıqlama verən Afaq Gəncəli baş verən hadisəni belə izah edib:
"Biz restorana, sadəcə, yemək üçün getmişdik. Orada ermənilər çox idi və arxa-arxaya öz mahnılarını sifariş verib, rəqs edirdilər. Halbuki, onların çoxu bizim mahnılarımız idi, vaxtilə oğurlayıb, öz adlarına çıxmışdılar. Bizim onların həmin restoranda çox olmasından xəbərimiz yox idi. Biz də bunun müqabilində belə bir hərəkət etdik. Müğənnidən xahiş etdik ki, bizi Qarabağ qızları kimi təqdim etsinlər. Qarabağın, Azərbaycanın adını çəkdik.
Orada gürcülər, ruslar, ukraynalılar var idi. Biz bacardığımız yolla göstərdik ki, musiqi bizimdir, rəqslər bizimdir. Bunu niyə ora-bura yozurlar mən bilmirəm. Onlar bizdən 10 dəfə çox idi. Orada hər şey ola bilərdi. Aqressiya, nifrət dolu baxışlar var idi. Biz ancaq üç xanım bütün bunları bilib, o addımı atdıq. Xahiş etdik ki, ifa olunsun. Hər kəs eşitsin ki, Qarabağ bizimdir. Həm də, bu hadisə "Qarabağ" komandasının qalib olduğu gün idi. Biz həm də qələbəni qeyd etdik. Sadəcə, bəzi insanlar bunu niyə aqressiya ilə qarşılayır başa düşmürəm. Eybi yox, hər kəsin öz fikri var. Hər kəsə hörmətlə yanaşırıq".
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri