Azərbaycanlı oliqarx: "Əgər xahiş etsəm Tramp mənimlə görüşər, amma..."

ABŞ-ın yeni prezidenti Donald Tramp özünün inauqurasiya nitqində "yeni ittifaqlar" quracağını deyərkən Rusiyanı nəzərdə tuturdu. Lakin o, Rusiya ilə münasibtləri düzəldə bilmək üçün əvvəlcə öz hakimiyyətini möhkəmləndirməlidir.

Qadinsayti.az xəbər verir ki, bu haqda 2013-cü ildə Donald Trampla birlikdə Moskvada "Dünya gözəli" müsabiqəsini keçirmiş azərbaycanlı oliqarx-milyarder Araz Ağalarov "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində danışıb.

"Aydın məsələdir ki, Trampa güclü təzyiq var, onlar hələ hakimiyyətdə möhkəmlənməyiblər. Ona görə də onun komandasının dedikləri gələcəkdə edəcəkləri ilə tam uyğun gəlməyə bilər...Əgər heç bir impiçment və ya hansısa başqa axmaqlıqlar baş verməsə, Tramp əsas postlara öz adamlarını yerləşdirə bilsə situasiya prinsipcə, dəyişə bilər"-Araz Ağalarov deyib.
Azərbaycanlı oliqarxın fikrincə bu proses azı yarım il çəkməlidir. Ancaq onun fikrincə Rusiya Trampdan nəsə gözləməli deyil. "Əsas odur ki, bizə zərər vurmasınlar, biz ancaq öz gücümüzə arxalanıb irəli getməliyik"-o bildirib. Ağalarovun sözlərinə görə, Tramp praqmatik adamdır, dəfələrlə Rusiyada olub. İnsanları başa düşür, əlaqələri düzəltmək istəyir.

İş adamı bildirir ki, Trampla, yaxud onunla bağlı olan biznes strukturlarla əlaqələri bərpa etmək haqda düşünmür. "İndi bilirsiniz vəziyyət necədir? Orada situasiya elədir ki, hansısa keçmiş biznes-partnyorların ortaya çıxması aranı qarışdıracaq. İndi orada hər şey diqqətlə araşdırılır. Tutaq ki, Trampa nə vaxtsa işləmiş hansısa indus ortaya çıxdı- o saat bütün mətbuat partlayacaq: budur, Tramp özünün köhnə əlaqələrindən istifadə edir, hansısa biznes qurmaq istəyir və s. Aydın məsələdir, o, sözünü tutan adamdır. Yəni əgər mən görüşməyi xahiş etsəm fikrimcə etiraz etməz. Lakin bu, birincisi mənim tərəfimdən düzgün olmazdı, çünki onu pis vəziyyətdə qoya bilərəm. Çünki onların bütün mətbuatı seçkilərə qədər Trampı Kremllə əlaqələndirmək üçün mənim onunla fotolarımı dərc edib. Və indi "bunu təsdiqləyərək" mən haradasa onunla birgə peyda oluram...Daha betər olardı ki, Ağ Evdə. Bütün qəzetlər tozanaq qoparacaq. Ona görə də gözləmək lazımdır, gələcək göstərəcək"-azərbaycanlı oliqarx bildirib.

Ağalarov jurnalistin sualına cavab olaraq deyib ki, hələlik Rusiya XİN, yaxud digər strukturlar Trampla tanışlığına görə onunla əlaqə saxlayıb nəsə kömək istəməyiblər. "Fikrimcə mən Trampla işləyən tək adam deyiləm. Tramp bura 1980-ci illərdən gəlib-gedirdi və yəqin ki, məndən başqa da kimlərisə tanıyır"-iş adamı qeyd edib.

Bu arada ABŞ-ın "The Daily Beast" nəşri 2013-cü ildə "Dünya gözəli" müsabiqəsinin təşkili zamanı Trampla birlikdə olan moskvalı gözəlçə, iş adamı Yuliya Alferova ilə əlaqə saxlayıb. O deyir ki, Trampın Moskvada fahişələrlə əylənən yerdə çəkilmiş videogörüntülərinin olduğuna inanmır. "Mən əminəm ki, Trampın fahişələrlə heç bir videogörüntüləri yoxdur. O, Moskvada olanda hər xırda detala fikir verirdi, çünki nəzərə alırdı ki, bizim ölkələrimiz arasında ciddi gərginlik var"-Alferova bildirib.

Bəs birdən kimsə gələcək Amerika prezidentini izləyibsə və hansısa oteldə onun fahişələrlə görüntülərini çəkibsə onda necə olsun? Alferova əvvəlcə gözlərini döyür, sonra deyir: "Buna görə məsuliyyəti Trampın mühafizəçiləri daşımalıdır, biz yox".

2013-cü ildə Trampın Moskvada olarkən qaldığı "Ritz Carlton" otelinin trenajor zalına tez-tez baş çəkən jurnalist və elit tusovkalarda sayılıb-seçilən gözəlçə Kseniya Sokolova isə deyir ki, Trampın oteldə fahişələrlə əyləndiyinə inanmır. "Mən özüm Trampla "Ritz Carlton"da yatmamışam"-Sokolova deyir.

Lakin siyasi texnoloq , "Dojd" telekanalının aparıcısı Stanislav Belkovski bununla razılaşmır: "Yerli fahişələr deyirlər ki, Trampın fahişələrlə "qızıl yağış" orqiyası təşkil etməsi doğrudur..."

mənbə: virtualazorg
Azərbaycanlı oliqarx: "Əgər xahiş etsəm Tramp mənimlə görüşər, amma..."Azərbaycanlı oliqarx: "Əgər xahiş etsəm Tramp mənimlə görüşər, amma..."Azərbaycanlı oliqarx: "Əgər xahiş etsəm Tramp mənimlə görüşər, amma..."

Xəbərlər     Baxılıb: 2248   Tarix: 24 yanvar 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

qis geyimləri 2026 aksessuarlar hamiləlik elme aid atalar sozleri pol breqq cantalar 2026 masqalar kosmetika seksler maya maskasi veten haqqinda atalar sozu klitor nizami gəncəvi