Azərbaycanlı qadından Türkiyədə film kimi cinayət - 85 yaşlı kişini... -VİDEO

Azərbaycanlı qadın Türkiyədə dələduzluqetdiyi üçün saxlanılıb.

Missiya.Az xəbər verir ki, hadisə Türkiyənin Samsun şəhərində baş verib. Altmış bir yaşlı azərbaycanlı Rabiya D. 85 yaşlı Kazım Üstündağa evlənmək vədi ilə aldadıb.

Tekkeköy qəsəbəsi, Yağbasan məhəlləsində yalnız yaşayan Kazım Üstündağ evlenmek üçün tanışı vasitəsi ilə azərbaycanlı tibb bacısı Rabiya D. ilə münasibət qurub.

Qadın Kahramanmaraşdan Samsuna yaşlı adamın evinə gəlib. Rabiya Üstündağa həyat yoldaşından boşandığını və onunla ailə qurmaq istədiyini deyib. Kazım Üstündağ qadının təklifini qəbul edib. Bundan sonra Rabiya onun evinə yerləşib.

Bir neçə gün sonra Tekkeköy qəsəbəsinin Büyüklü Jandarma İdarəsinin əməkdaşları yaşlı adamın yanına evlənmək üçün kiminsə gəldiyini bilib. Polis əməkdaşları qadının yaşlı adama qarşı dələduzluq ediləcəyindən şübhələnərək, onun evini nəzarətdə saxlayıblar.

Ötən gün isə Rabiya ilə evlilik xəyalı quran Kazım Üstündağ qızıl dükanına gedib. Üstündağ Rabiya üçün 2 ədəd qızıl bilərzik, 2 ədəd qızıl üzük, 1 ədəd isə qızıl sırğa alıb.

Üstündağ qızılları və 500 lira pulu Rabiyaya verədikdən sonra evlənmək üçün sənədlərin hazırlanmasını istəyib. Rabiya isə şəxsiyyət vəsiqəsini Malatya şəhərində itirdiyini və şəxsiyyət vəsiqəsi olmadan evlənə bilməyəcəyini deyib.

Bundan sonra Üstündağ qadından qızılları qaytarmağını istəyib. Qadın isə qızılları evdə qoyduğunu deyib və Tekkeköy getmək üçün avtovağzala gəlib. Rabiya evdən çıxdıqdan sonra ora gələn polis əməkdaşları qadının evdə olmadığını görüblər.

Üstündağ polislərə qadının şəxsiyyət vəsiqəsini Malatyada unutduğu üçün ora getdiyini deyib. Yaşlı adam polislərə Rabiyanın qızılları evdə qoyduğunu bildirib. Amma polis əməkdaşları evdə apardıqları axtarışlar zamanı qızılları tapa bilməyiblər. Polisin keçiridiyi əməliyyat nəticəsində azərbaycanlı qadın avtovağzalda saxlanılıb. Qızıllar qadının çantasında tapılıb.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Rabiyanın evli olduğu məlum olub. Onun evlənmək adı altında həyata keçirdiyi daha 3 dələduzluq faktı ortaya çıxıb.

Azərbaycanlı qadın barəsində araşdırmalar davam edir.


Azərbaycanlı qadından Türkiyədə film kimi cinayət - 85 yaşlı kişini... -VİDEOAzərbaycanlı qadından Türkiyədə film kimi cinayət - 85 yaşlı kişini... -VİDEO

Xəbərlər     Baxılıb: 1574   Tarix: 27 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Pis yuxu insan beynini qocaldır?

"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları,

.

Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək

Qəhvə istehlakı ilə bədən quruluşu arasında əlaqəni araşdıran yeni elmi iş maraqlı nəticə ortaya qoyub. Məlum olub ki, daha çox qəhvə içən insanlarda bədən və qarın nahiyəsindəki yağ göstəriciləri daha aşağı ola bilər. xəbə

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Orqanizminizdə iltihab varsa qəhvə için

Qəhvənin orqanizmdə iltihab proseslərinə mümkün təsiri ilə bağlı yeni araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. axşam.az-a istinadən bildirir ki,  alimlərin əldə etdiyi nəticələrə əsasən, qəhvəni

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

hamiləlik qadın geyimi kosmetoloq keyks salatlarin hazirlanmasi adət ənənələr yeni dogulmus korpeye lazim olan esyalar kosmetika bakire narin faydasi mikayıl abdullayev intim munasibetler oglan evi