Azərbaycansayağı gözəllik: plastik cərrahiyyənin bəzi sirləri

Azərbaycansayağı gözəllik: plastik cərrahiyyənin bəzi sirləriTəbabətin ən böyük nailiyyətlərindən biri də müasir plastik cərrahiyyədir. İnsanların öz zahiri görünüşünü dəyişmək cəhdlərinə müxtəlif cür yanaşmaq olar. Lakin bunun bir çoxlarına özünü daha yaxşı hiss etmək imkanı verdiyini danmaq olmaz. Azərbaycanda zahiri görünüşündə tez-tez dəyişikliklər edən qadınlar çoxdur, xüsusilə də məşhurlar arasında.
Karantin dövründə əməliyyat etdirmək istəyənlərin sayı artıbmı? Əməliyyatın uğurlu olacağına tam əmin olmaq üçün peşəkar həkimi necə seçməli? Hazırda hansı əməliyyatlar daha çox dəbdədir? Bu və digər suallara ölkənin ən yaxşı plastik cərrahlarından biri Könül Ağamirova cavab verdi.
– Könül xanım, deyilənə görə karantin dövründə plastik əməliyyat etdirənlərin sayı artıb. Bu həqiqətən belədirmi?
– Düzünü desəm, mənim statistikama diqqət yetirsək, Azərbaycanda karantin tətbiq olunandan bəri öz zahiri görünüşünü dəyişmək istəyənlərin sayının artdığını deyə bilmərəm. Müraciət edənlərin sayı eynidir. Əməliyyatdan sonra reabilitasiya prosesi xeyli vaxt aparır – şişkinlik, göyərmələr çəkilməlidir ki son nəticəni aydın görmək mümkün olsun. Əməliyyat etdirib səhəri günü işə çıxmaq olmaz. Əvvəllər pasiyentlər şikayət edirdilər ki işdən uzun müddətə icazə alaraq bir yerə çıxa bilmirlər. Karantin isə həmin insanlara bu imkanı yaratdı və bu karantinin müsbət tərəfidir.
– Əməliyyat etdirənlər daha çox hansı yaşda olan insanlardır?
– Plastik cərrahiyyədə yaş məhdudiyyəti yoxdur. Müxtəlif yaşda insanlar müraciət edir, 18-dən 70 yaşa qədər. Estetik problemlərlə hər bir yaş qrupuna aid insanlar qarşılaşır. Məsələn, 18 yaşlı qızlar adətən burun, dodaq, çənə formasından narazı olurlar, 55-70 yaşlılar isə daha çox ümumi görünüşündən. Mənə daha çox 35-55 yaşlı insanlar müraciət edir. Bu yaşda süd vəzilərinin və qarın nahiyəsinin yaşla bağlı və hamiləlik və döşlə əmizdirmə nəticəsində deformasiyası ilə əlaqədar komplekslər yaranır. Bədən konturlarının yaxşılaşdırılması, lipomodelləşdirmə əməliyyatlarının məqsədi bədəni daha cazibədar etməkdir.
Azərbaycansayağı gözəllik: plastik cərrahiyyənin bəzi sirləri– Siz daha çox müalicənin tərəfdarısınız, yoxsa, bütün cərrahlar kimi, əməliyyatın?
– Bəli, mən cərrah bıçağını sevirəm. Çünki onun köməyi ilə bir çox problemləri həll etmək olar. Bir cərrah olaraq mən bundan qürur duyuram, lakin insanların bədənində çapıqlar qoymaq xoşuma gəlmir. Ona görə də həmişə pasiyentlərə alternativ üsullarla kömək etməyə çalışıram. Məsələn, əgər qarın nahiyəsində dəri "önlük" çox böyük deyilsə, dəridə qırışlar və deformasiya çox deyilsə, lakin pasiyentin beli enlidirsə, mən lipoksasiyanı məsləhət görürəm. Bu zaman ancaq nazik piy qatını çıxarıram. Hər şey pasiyentdən asılıdır. Onların əksəriyyəti məsləhətə qulaq asır.
– Kişilər Sizə tez-tez müraciət edir? Onlar zahirində nəyi dəyişirlər?
– Kişi və ya qadın olmağın fərqi yoxdur, çünki estetik problemlər hamıda var. Güclü cinsin nümayəndələri tez-tez müraciət edirlər. Əsasən onlar qarının, kürəyin və belin lipoksasiyasını etdirirlər. Kişilərin burun forması, göz qapaqları və ginekomastiya (kişilərdə döş vəzilərinin birinin və ya hər ikisinin böyüməsi ilə xarakterizə olunan patoloji hal) ilə bağlı narahatlığı nadir hallarda olur.
– Məşhurlarla bağlı nə deyə bilərsiniz? Onlar Sizə tez-tez müraciət edirlər? Onların şıltaqlıqlarına dözmək çətin olmur ki?
– Mənə bir çox məşhurlar müraciət edir. Mənim üçün onlar da digər pasiyentlər kimi – adi insanlardır. Buna görə də mən onlara əməliyyatı reklam üçün etmirəm. Onların əksəriyyəti əməliyyat etdirdiklərini ictimaiyyətdən gizlədirlər. Lakin aralarında elələri də var ki bundan piar üçün istifadə edirlər. Düzünü desəm, mənim üçün ulduzlarla işləmək adi insanlarla işləməkdən daha asandır. Onlar estetik cəhətdən özlərindən razı olmaq istəyirlər. Onlara nələrisə izah etmək daha asandır. Ulduzlar əməliyyatdan sonra daha az kompleks yaşayırlar. Adi insanları xoşbəxt etmək üçün bizə həmişə daha çox vaxt lazım olur.
Azərbaycansayağı gözəllik: plastik cərrahiyyənin bəzi sirləri– Plastik cərrahiyyənin ən əsas üstünlüyü və çatışmazlığı nədədir?
– Yəqin əsas üstünlük ondadır ki, insanın zahirində və ya bədənində hansısa çatışmazlığı aradan qaldırdıqda biz onu çox xoşbəxt edirik. Bizim sayəmizdə insanın bütün həyatı dəyişir və bu bizi məmnun edir. Bəzən isə elə olur ki, insan əməliyyatın nəticəsindən razı qalmır. Hər çeyin uğurlu olmasına rəğmən onları buna inandırmaq çətin olur. Hər şey insanın xarakterindən asılıdır. Yaxşı ki bu cür hallar çox az-az olur. Məsələn, səkkiz ay əvvəl bir bloqer xanımın süd vəzilərinin dartılması əməliyyatını etmişdik. Əməliyyat çox uğurlu alınmışdı. Lakin həmin xanım sosial şəbəkələrdə yalan məlumatlar yayaraq həkimin nüfuzuna xələl gətirməyə çalışdı. Təəssüf ki, belələri də olur. Allaha şükür ki, əməliyyatın nəticəsindən razı olanlar daha çoxdur. Onlar həkimə stimul verir.
– Plastik cərrahlar arasında təkcə virtuozlar deyil, şarlatanlara da rast gəlinir. Bəzi hallarda onların əməlləri hətta pasiyentin ölümünə də gətirib çıxarır. Deyə bilərsinizmi, yaxşı plastik cərrahı necə seçmək olar?
– Plastik cərrahiyyə ilə ali kateqoriya statusu almış həkimlər məşğul olur. Mütəxəssisə müraciət etməzdən əvvəl pasiyentlər onun haqqında, gördüyü işlər barədə daha çox məlumat toplamalıdırlar. Təəssüf ki, bir çox həkimlər sosial şəbəkələrdə digər həmkarlarının işlərini öz adlarına çıxaraq paylaşırlar. İnsanlar isə bunu bilmir və belə cərrahların qurbanına çevrilirlər.
– Son dövrlər gözəllik etalonu barədə təsəvvürlər dəyişibmi və dəyişibsə, nə dərəcədə? Bu günün diktə etdiyi standartlar hansılardır?
– Gözəllik etalonu trendləri ildən-ilə dəyişir. Hazırda biz daha təbii görünən vasitələrə üstünlük veririk. Məsələn, səkkiz və ya on il əvvəl xanımlar iri və yumru döş implantlarına üstünlük verirdilərsə, hazırda damcıya bənzər implantları daha çox seçirlər. Çünki bu cür implantlar süd vəzilərinin təbii konturlarını təkrarlayır. Anatomik implantla xanımların sinəsi maksimum təbii ahəngdar görünür. Pasiyentlər əsasən süd vəzilərinin dartılması və həcminin kiçildilməsi üçün müraciət edirlər.
Azərbaycansayağı gözəllik: plastik cərrahiyyənin bəzi sirləriLipoksasiya və lipofilinq də dəbdədir. Beş-on il əvvəl bu kişilər və qadınlar arasında o qədər də dəbdə deyildi və bu sahə o qədər də inkişaf etmirdi. Lipoksasiyanın köməyi ilə beldə, qarın nahiyəsində, arxada, boyunda, qollarda və sinədə piy qatını aradan götürmək olar. Bundan əlavə piy toxumalarını sonradan demək olar ki istənilən bədən hissəsinin – üzün, qolların, sinənin, arxanın korreksiyası üçün istifadə etmək olar. Onların köməyi ilə çapıqlar və qırışlar aradan qaldırılır, dodaq və yanaqlar şişirdilir.
Blefaroplastikanı da qeyd etməyə bilmərəm. Bu əməliyyat zamanı göz qapaqları dartılır. Bəzi pasiyentlər üçün bu əməliyyat göz qapaqlarının yırtıq və şişlərindən qurtulmağın yeganə əlacıdır. ("Sputnik Azərbaycan") /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 4690   Tarix: 18 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

turlar.az

aksessuarlar yemek reseptleri sac duzumleri abşeron tortu vətən haqqında atalar sözləri sengulum nagili seks poza şəkilləri kosmetika novruz bayramina aid prostat ariqlamaq maraqlı uzeyir hacibeyli