"AzTV-ni şəxsi bostanına çevirmişdi, İTV-ni də bir az bostana çevirdi"

"AzTV-ni şəxsi bostanına çevirmişdi, İTV-ni də bir az bostana çevirdi""Azərbaycan Dövlət Televiziyasına (AzTV) əlavə vəsaitin ayrılmasının mənası yoxdur, çünki İctimai Televiziya (İTV) fəaliyyət göstərir. İTV, həmçinin digər bütün telekanallar onsuz da dövlətin siyasətini təbliğ edir".

Xanim.az xəbər verir ki, bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda dövlət televiziyasına ehtiyacın olub-olmaması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, xüsusən İTV modelində yeni vahid telekanalın yaradılması vacibdir: "Bu istiqamətdə düşünmək və islahatlar aparmaq lazımdır. AzTV-də işləyən jurnalistlər və s. məsələlər də nəzərə alınmalıdır. Bir çox ölkədə rəsmi televiziya kanalı fəaliyyət göstərir. Məsələn, Türkiyədə TRT nümunəsini göstərmək olar. Amma bunlar daha geniş məkan üçün nəzərdə tutulan, auditoriyası geniş olan telekanallardır. Bizdə də bu istiqamətdə düşünmək olar".

Arif Alışanovun AzTV-nin sədri vəzifəsindən çıxarılması məsələsinə gəlincə, millət vəkili əmin olduğunu bildirib ki, bütövlükdə bundan sonra AzTV-də dünya görüşü, düşüncə tərzi baxımından A.Alışanov kimi tipajda adam olmayacaq: "O həm də Milli Məclisə qarşı ən böyük hörmətsizliyi göstərirdi. Milli Məclisin iclaslarında gedən müzakirələri telekanalda təqdim etməyi özünün borcu kimi baxmırdı. AzTV-ni şəxsi bostanına çevirmişdi, İTV-ni də bir az bostana çevirdi. Cəmil Quliyev İTV-nin sədri təyin ediləndən sonra onu da qoymadı işləməyə. Oranı da çevirdi ancaq pul yığmaq vasitəsinə. Buna görə də bu telekanalların reytinqini, baxımlılığını çox aşağı saldı".

F. Mustafa əlavə edib: "Ümid edək ki, heç olmasa bundan sonra normal və yeni dünya görüşünə və düşüncəyə sahib insanların bura təyin olunması baş verəcək. AzTV-nin sədrinin səlahiyyətlərini icra edən Rövşən Məmmədov gənc olmasına baxmayaraq, kifayət qədər təcrübəlidir, uzun müddət müxtəlif televiziyalarda verilişlər aparıb. Bütün hallarda Arif Alışanovdan daha müsbət imic təqdim edəcək".

Xəbərlər     Baxılıb: 1486   Tarix: 16 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

sade makiyaj sekilleri maskalar qadin sayti qadın məsləhətxanaları əli əmirli praktik badimcan tursusu hazirlanmasi kosmetika bürcler ariqlamaq ariqla cinsi elaqe nagillar