Azxeber.com 8 yaşını qeyd edir
Bu gün Azxeber.com informasiya portalının 8 yaşı tamam olur.
2010-cu il aprel ayının 13-də jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.
Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur. Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.
Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır. Belə ki, portalın rəsmi "facebook" səhifəsini 560 min, instagram-da isə 250 mindən çox insan bəyənib.
Eyni zamanda portalın "Tvitter", "Youtube" və "Myvideo" sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.
Xanim.az saytı həmkarlarını təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
"Bezdik, bu qədər cərimə olmaz, 700 manat ödəmişəm
Acqarına qara istiot çeynəməyin faydaları
Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər
Qaynadılmış suyu niyə yenidən qaynatmaq olmaz?
Mikroplastik təhlükəsi - Körpələr daha çox risk altındadır
Uzunömürlülük və güclü əzələlərin sirri