Azyaşlıların cinsiyyət orqanlarının iltihabi xəstəlikləri

Azyaşlıların cinsiyyət orqanlarının iltihabi xəstəlikləriMəktəbəqədər yaşlı və məktəb yaşlı qız uşaqlarının cinsiyyət orqanlarında tez-tez iltihabi xəstəliklərə rast gəlinir.Məktəb illərində qızlarda və yeniyetmələrdə iltihabi proses yerini menstural funksiyanın pozulmasına və neyroendokrin pozulmalara verərək ikinci plana keçir.
Qızların cinsiyyət orqanlarının anatomik - fizioloji xüsusiyyətləri ilə əlaqədar olaraq iltihabi proses xarici cinsiyyət orqanlarında və uşaqlıq yolunda asanlıqla əmələ gəlir.
Vulvovaginitlər birincili və ikincili olur. Birincili qeyri-spesifik vulvovaginitlər qrupuna cinsiyyət orqanlarına fiziki, kimyəvi və infeksion amillərin birbaşa təsiri ilə üzə çıxan xəstəliklər aiddir.
İkincili qeyri-spesifik iltihabi qrupa ümumi xəstəliklər (qızılca, məxmərək, skarlatina, pnevmoniya, enterebioz) aiddir.
Qızlarda vulvitlərin və vaginitlərin əmələ gəlməsinə təkcə cinsiyyət orqanlarının anatomik-fizioloji xüsusiyyətləri deyil, eləcə də etioloji amillərin xüsusiyyətləri təsir göstərir.
Kiçik yaşlı qızlarda vulvovaginitlərin əmələ gəlməsində infeksion amillər birinci yeri tutur. 70% uşaqlarda infeksion prosesi bakteriya və göbələklər, 20% hallarda viruslar, 10% hallarda isə digər mikroblar törədir.
Xəstəlik tədricən inkişaf edir və uzunmüddətli olur. Xəstələrin şikayətləri sidik ifrazından sonra yanğı, göynəmə hissiyatından, xarici cinsiyyət orqanlarında ağrılardan şikayətlənirlər.
Diaqnoz xəstənin şikayətlərinə əsasən qoyulur.
Xəstəliyin müalicəsi qızların şəxsi gigiyenalarına əməl etməklərindən çox asılıdır. Qız uşaqlarının xarici cinsiyyət orqanlarını təmiz saxlamaları, alt paltarlarını ütülənmiş halda geyinmələri xəstəlikdən uzaq olmalarına səbəb olur. Xəstəliyin müalicəsində orqanizmin müdafiə gücü artırılmalı, bu məqsədlə də vitaminlər, stimullaşdırıcı terapiya təyin edilməlidir. Xəstəyə antibakterial, antifunqal müalicə ilə birgə, çobanyastığı dəmləməsi vannası yaxşı təsir edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2564   Tarix: 30 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

aksessuarlar qadin dunyasi qadin sayti menstruasiya xiyar tursusu səfər duası makaronlar kosmetika lakonizim xərçəng bürcü intim xlor lekesi bayraq