Yanğında zərər görən uşaqlarda psixoloji problemlər: Nələrə diqqət etmək lazımdır?

Yanğında zərər görən uşaqlarda psixoloji problemlər: Nələrə diqqət etmək lazımdır?Yanğın hadisələri yalnız fiziki təhlükə yaratmır, həm də uşaqların psixoloji dünyasında uzunmüddətli izlər buraxır. Xüsusilə binada böyüklərlə birlikdə olan uşaqlar bu cür fəlakətlər zamanı qorxu, çaşqınlıq və travma yaşaya bilirlər.
Psixopedaqoq Sevda Əliyeva Milli.Az-a bildirib ki, uşaqlarda yanğın və digər fövqəladə hadisələrdən sonra müxtəlif psixoloji əlamətlər müşahidə oluna bilər:
"Uşaqlar tez-tez yuxularında kabuslar görə, gecələr qorxu ilə oyanır və gündəlik fəaliyyətlərində motivasiya itirə bilərlər. Bəzi hallarda uşaq əsəbi, diqqətsiz və hətta sosial çevrədən uzaqlaşmış olur. Yanğın kimi travmatik hadisələr onların emosional sabitliyini sarsıda bilər".
Psixopedaqoq uşaqların psixoloji sağlamlığını qorumaq üçün valideynlərə bir neçə vacib məsləhət verir:
Uşaqlarla danışın: Onlara baş verənləri yaşına uyğun izah edin və qorxularını ifadə etməyə imkan yaradın.
Gündəlik rejimi qoruyun: Yuxu, yemək və oyun saatlarını mümkün qədər normal saxlamaq uşaqlara təhlükəsiz mühit hissi verir.
Mütəmadi nəzarət: Uşağın davranışında ani dəyişikliklər müşahidə olunarsa, mütəxəssis psixoloqdan dəstək alın.
Təhlükəsizlik hissini artırın: Uşağa gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün atılan addımlar barədə məlumat vermək, ona nəzarət və müdafiə hissi qazandırır.
Sevda Əliyeva əlavə edib ki, travma ilə bağlı psixoloji dəstək erkən mərhələdə verildikdə uşaqların adaptasiyası və emosional bərpası daha sürətli olur.
"Unutmaq olmaz ki, hər uşaq fərqlidir. Bəzi uşaqlar hadisədən sonra tez normallaşa bilər, digərlərində isə psixoloji izlər daha uzun müddət qalır. Valideynlər və müəllimlər uşaqlara anlayışla yanaşmalı, onları tək buraxmamalıdırlar".
Yanğın kimi fəlakətlərdən sonra uşaqların psixoloji sağlamlığına diqqət yetirmək, onların gələcək həyatında sağlam emosional inkişaf üçün vacib şərtdir.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 2606   Tarix: 23 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

toy makiyajlari qadin sayti makiyaj instagram əqrəb bürcü uşaqları tərbiyə oxucu mektubu endokrin sistem kosmetika qoğalın nağlı xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır ariqla zəhmət novruz bayramı haxışta