Baba və nənə Qənirə Paşayevadan nə istədi? - FOTOLAR
Millət vəkili Qənirə Paşayeva bayramda Tovuzun ön cəbhə kəndlərində ailələri ziyarət edib, qayğıları ilə maraqlanıb.
Unikal.org xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva İlk öncə Tovuzun Ağdam kəndində sakinlərlə görüşüb, kənd sakinlərinin müharibənin ən gərgin dövründə də, bu gün də düşmənin bütün təxribatlarına baxmayaraq heç bir zaman öz evlərini tərk etməməsini, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirərək onların bayramlarını təbrik edib.
Şəhid ailələrini ziyarət edən millət vəkili Q. Paşayeva kənddə bir sıra seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.
Millət vəkili həmçinin bir neçə gün əvvəl ön cəbhədə şəhid olmuş Tovuzun Yanıqlı kənd sakini şəhid Elvin Əhmədovun ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb. O bəzi kənd sakinləri ilə də görüşüb və onların qaldırdığı məsələlərlə bağlı müvafiq qurumlarla müzakirə aparacağını bildirib.
Bir neçə gün öncə ön cəbhədə şəhid olmuş Tovuzun Yuxarı Öysüzlü kəndindən olan şəhid Abbasov Həsənəli Çingiz oğlunun da ailəsinə baş çəkən millət vəkili Q.Paşayeva ailənin qayğıları ilə maraqlanıb və kənd sakinləri ilə də görüşüb.
Rayonun bir sıra kəndlərindən seçiciləri qəbul edən millət vəkili bəzi kəndləri ziyarət edərək sakinlərin bayramını təbrik edib, qayğı və problemləri ilə maraqlanb.















Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Corcina uşaqların 220 min avroluq müalicə pulunu ödədi - Aksiyanı dayandırdı
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı
Avroviziya' iştirakçısı oğlundan imtina etdi
Eşref Rüya' final edir - Tarix bilindi
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi