Babasildən əziyyət çəkənlər üçün ən faydalı QİDALAR

Babasildən əziyyət çəkənlər üçün ən faydalı QİDALARBabasil çox yayılmış pozulmadır. Babasilin əsas səbəblərindən biri xroniki qəbizlikdir. Babasildən əziyyət çəkən insanda qəbizlik tez-tez inkişaf edirsə, genişlənmiş damarlar daha da şişir, qanaxmalar əmələ gəlir.
Nəticədə babasil kəskinləşir, ağır fəsadlar əmələ gəlir.
Beləliklə, babasildən əziyyət çəkən insan mütləq qəbizliyin qarşısını almalıdır.
Bu işdə bəzi qidalar çox yaxşı kömək edir - bağırsaqlarn fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır. Bu qidalar arasında:
1. Bitki lifləri ilə zəngin olan məhsullar: təzə meyvə və tərəvəz (xüsusilə çuğundur, kök, gül kələmi, brokkoli kələmi, kabaçkı), tamdənli yarmalar (xüsusilə yulaf, arpa, darı yarmaları), buğda kəpəyi.
Ərik və qara qavalı xüsusilə faydalıdır. Bu 2 meyvə hətta güclü qəbizlik zamanı kömək edir. Təzə meyvələr olmadıqda, ərik və qara qavalı qurularından istifadə edin
Buğda kəpəyi də qəbizlik zamanı çox yaxşı təsir edir. Qəbizlikdən əziyyət çəkənlər buğda kəpəyinin hər gün qidalanmasına daxil etməlidir. 1 x.q. buğda kəpəyi istənilən qidaya - sıyıq, sup, püre və s. əlavə etmək olar.
2. Süd məhsulları (xüsusilə lakto- və bifidobakteriyalarla zənginləşdirilmiş kefir, yoqurt, ryajenka və s.).
Çay, qəhvə, nar şirəsi, kisel, spirtli içkilər babasil zamanı çox ziyanlıdır.
3. Bitki yağları (xüsusilə zeytun, kətan yağı). Yağları tərəvəz salatlara əlavə edin.
Axşam yatmazdan əvvəl 1 stəkan kefir götürün, 1 desert qaşığı zeytun yağı əlavə edin, qarışdırın və qəbul edin. Bu sadə vasitə bağırsaqları çox yaxşı işlədir.
Babasildən əziyyət çəkənlərə həkimlər bu kimi məsləhətlər verir:
- Gün ərzində tez-tez (5-6 dəfə) və az-az yeyin.
- Gün ərzində 1,5-2 l təmiz su için.
- Hərəkətli olun. Bu bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
- Pəhrizlərdən istifadə etməyin. Ha hazırda dəbdə olan zülali və düyü pəhrizi xüsusilə ziyanlıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1619   Tarix: 16 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

turlar.az

sac duzumleri geyim necə seçməli gelinlikler saç həkimi ev dizaynlari qonaq otagi dolma reseptleri qızlıq pərdəsi necə açılır kosmetika hüzeyir hacibəyov vətən atalar sözü dolca ikizler