Bacanaqlar serialının tanınmış aktrisanın 22 illik həsrəti bitdi: "Çox həyəcanlandım, hönkürtü ilə ağladım" - FOTO

Bacanaqlar serialının tanınmış aktrisanın 22 illik həsrəti bitdi: "Çox həyəcanlandım, hönkürtü ilə ağladım" - FOTOAktrisa Fidan Axundovanın Milli.Az-a müsahibəsi.

- Fidan xanım, sizi hazırda "Bacanaqlar" serialından başqa heç bir ekran işində görmürük. Bunun səbəbi nədir?

- Bəli, hazırda yalnız bir ekran işində müntəzəm olaraq çəkilirəm. Digər filmlərdə çəkilməməyimin səbəbi qonorardır. Ssenari gəlir, oxuyub bəyənirəm, qonorarı deyən kimi isə qaçırlar. Mənim də təmənnasız çəkilən vaxtım deyil. Onlar da gedib efirə ehtiyacı olan bir insanı çəkirlər. Bəzən deyirlər ki, Fidana deməyin, onsuz da o bizim büdcəylə razılaşmayacaq. Bəzən də görürsən ki, artıq pul verməsinlər deyə ucuz qrimyor gətirirlər. Efirdə özünə baxanda görürsən ki, nə gündə düşmüsən.

- İmtina edəndə bəs nə deyirlər?

- Mən yenə də hörmətlə deyirəm ki, sizin büdcənizlə uyğunlaşmırıq. Bu zaman da dil-ağız edirlər ki, bəlkə razılaşasız? Daha söz vermişəm ki, xətir-hörmətə çəkilməyəcəm. Əgər mənim o ekran işində iştirakım vacibdirsə, istəyən onsuz da məni çəkəcək. Rejissorlar bilir ki, mən kosmik qiymət demirəm.

- Deməli, indiyə kimi yalnız "Bacanaqlar" serialında verilən qonorardan razı qalmısız?

- Bəli, indiyə kimi çəkildiyim ən dəqiq və dürüst, maddiyat baxımından razı qaldığım "Bacanaqlar" serialı olub. Bu serialda bizim aramızda ailə münasibəti var. İlk gündən Elməddinlə hansı şərtlərlə razılaşmışıqsa, indiyə qədər də o şərtlərlə çalışırıq.

- Nə qədər doğmalıq da olsa ola bilməz ki, aranızda söz-söhbət olmasın.

- Çox doğma kollektivdir. Gözə gəlməyək, amma aramızda indiyə qədər inciklik olmayıb. Kollektivdən başqa özüm də maksimum dərəcədə məsuliyyətli olmağa çalışıram. Bizə hətta qonaq aktyor gələndə də çox razı gedir.

- Bu rolda həyatdakı Fidandan nəsə varmı?

- Təbii ki, çılğınlıq, emosionallıq var. Amma Mətiş tez inanandır, Fidan isə yox.

- Bəsti kimi qaynananız olsaydı, münasibətiniz necə olardı?

- Çox çətin sualdır, qoy bir az düşünüm (gülür). Məncə ilk növbədə çalışardım ki, onun ürəyinə yol tapım. Bütün problemləri də sülh yolu ilə həll edərdim.

- Deməli sülh tərəfdarısınız.

- Hə, kompramis yolu axtarardım.

- Rejiminizi necə bölürsünüz ki, bütün işlərinizə vaxt ayıra bilirsiz?

- İşim olanda işdə oluram, olmayanda isə adətən evdə və istirahətdə. Bu zaman da doğmalarıma vaxt ayırıram. Ev işlərini adətən özüm görürəm. Bir də gigiyena baxımından vaxtı-vaxtında gözəllik salonuna getməyim əsas şərtdir. Baxımsızlığı qətiyyən sevmirəm, mənə elə gəlir ki, bütün xanımlar bu cürdür. Evdə olduğum zaman kitab oxumağı, filmlərə baxmağı da çox sevirəm.

- Bildiyim qədərilə toylarda aparıcı kimi çıxış edirsiz. Heç bundan danışmadınız.

-10 ildən çoxdur ki, toylarda aparıcılıq edirəm. Son zamanlar nədənsə toylar çox zəifləyib. Bu da təbii ki, maddiyatla bağlıdır. Allah hər kəsə ruzi yetirsin. Toy gözəl arzudur.

- Fidan vaxtilə teatrda hamının arzuladığı, amma oynaya bilmədiyi rolları oynamısınız. Bu günkü gündə teatrsız darıxırsınız?

- Bəli, etiraf edim ki, teatr üçün çox darıxıram. Teatr başqa bir dünyadır. Orada tamaşaçı ilə canlı ünsiyyət var.

- Bəs nə mane olur teatra qayıtmağınıza?

- İş rejimim və yenə də maddiyat. Çünki teatrda işləsəm, bu gün getdiyim tədbirlərə, çəkilişlərə getməyim problem olacaq. Amma teatrda, səhnədə oynamaq üçün darıxmışam.

- Həmkarlarınız bəs iki işi necə çatdırırlar?

- Bəlkə də mən bir az çatdırmaram deyə qorxduğumdan gərginlik yaşayıram.Çünki çox tənbələm.Bir az rahatıma düşkün insanam. Ümumiyyətlə nəsə son zamanlar çox tənbəlləşmişəm.

- Rahatlığınızı nə poza bilər?

- Çox şey, məsələn məkan, insanların səs-küyü və s. İnsanlar hamısı eyni cür olmur ki. Cəmiyyət içində olanda çalışmalısan ki, gərək hamı ilə dil tapasan. Mən bir az məsuliyyətsizlik, gecikmə, rahatsızlıq görən kimi qıcıqlanıram.

- Fidan, son zamanlar İnstagram-ın ən aktiv istifadəçisinə çevrilmisiz. Necədir İnstagram-da sizə qarşı münasibət?

- Şükür normaldır, sevənlərim çoxdur. Ən əsası isə mən orada 22 il öncəki rəfiqələrimi tapmışam.

- 22 illik həsrət bitdi. Niyə görüşmürdünüz?

- Bir- birimizi axtarsaq da tapmamışdıq. Evlərin ünvanı, telefonlarımız dəyişmişdi. Hamının başı özünə, ailəsinə qarışmışdı. Evlərinə getmədiyimdən evin yerini də unutmuşdum. Onları tapmamışdan 2 gün əvvəl düşündüm ki, bəlkə İnstagram-da yazım? İki gün sonra biri mənə özü yazdı. Onları görəndə özümü saxlaya bilməyib ağladım.

- Deməli vəfalı rəfiqəsiniz.

- Bəli, çox vəfalı insanam. Bütün günü gəzəndən sonra evə gələndə dayana bilməyib hönkürtü ilə ağladım. Biz əslində 4 rəfiqə idik, Dartanyan mən idim, onlarda 3 muşketyor. 2-ni tapdım, biri hələ də üzə çıxmayıb.

- Ona nə demək istəyərsiniz?

- Ona demək istəyirəm ki, əgər 22 il bundan əvvəlki çörəyini, suyunu, sirrini böldüyü rəfiqlərini görmək istəyirsə, mənə yazsın. Çox qəribə bir hissdir. İndi insanlarda bir birinə inam, güvən qalmayıb.Amma biz görüşəndə mən baxdım ki, 22 il öncə bir-birimizə necə inanırdıqsa, elə də qalmışıq. Gündə yazışırıq, bir-birimizdən xəbər tuturuq. Elə bilki doğmalarımızı tapmışıq.

- Heç vəfasızlıq gördüyünüz insanlar olub?

- Olub, amma onlardan danışmaq istəmirəm. Mən beynimdə o insanları bloka atıram.Bir insandan cüzi nəsə görəndə uzaqlaşıram. Bəlkə də ona görə hal-hazırda ətrafımda türklər demiş "kalabalık" deyil.

- Fidan, həyat yoldaşınız bilirəm ki, çox qısqancdır. Tamaşaçıların sevgisi onu qısqandırmır?

- Səmimi sevən, hörmətlə yanaşan insanlara o da rəğbətlə baxır. Deyir ki, təbii haldır, səni şeirlərinə, sənətinə görə sevirlərsə, bu normaldır. Amma bir az sevgisini ayarlaya bilməyənlər də olur. Onda əsəbləşir, amma məni tanıdığından inanır.

- İlhamı nədən alırsız şeir yazarkən?

- Nankorluq, xəyanət görəndə. Həyat o qədər qəlizdir ki, bəzən insana güzəştə getməyi öyrədir. İnsana böyük danışmaq düşməz, ona görə də "heç vaxt heç vaxt demirəm".

- Azərbaycanda aktrisa olmaq maraqlıdır?

- Aktrisa olmaq hər yerdə maraqlıdır.

- Demək ki, hələ bezməmisiniz.

- Xeyr, niyə bezim ki? Sənətimi,gördüyüm işi çox sevirəm. Bu iş mənə stimul verir.
Bacanaqlar serialının tanınmış aktrisanın 22 illik həsrəti bitdi: "Çox həyəcanlandım, hönkürtü ilə ağladım" - FOTOBacanaqlar serialının tanınmış aktrisanın 22 illik həsrəti bitdi: "Çox həyəcanlandım, hönkürtü ilə ağladım" - FOTOBacanaqlar serialının tanınmış aktrisanın 22 illik həsrəti bitdi: "Çox həyəcanlandım, hönkürtü ilə ağladım" - FOTO

Xəbərlər     Baxılıb: 10507   Tarix: 01 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

gözəllik məhsulları toy makiyaji sekilleri sac duzumleri fikrət əmirov yasil pomidor tutmasi hicablar praktik kosmetika azərbaycan kahfe falı lakonizm sağlamlığın sirleri hakışdalar