"Bacım ölmüş anamın döşünü əmərək sağ qaldı"

"Bacım ölmüş anamın döşünü əmərək sağ qaldı""Bacım ölmüş anamın döşünü əmərək sağ qaldı" 
Xocalı faciəsinin canlı şahidləri danışır...
Vəsilə Həsənova: "Meyitlərin başı ilə futbol oynayırdılar"
Xanim.az Karabakhmedia.az-a istinadən Xocalı faciəsinin canlı şahidi olmuş şəxslərin xatirələrini təqdim edir: 
Xatirə Orucova: - Yanvarın 20-dən biz dərsə getmirdik. Mənim 8 yaşım vardı. Biz 4 uşaq, atam, anam, bir də xalam yola çıxdıq. Atam Qarqar çayında yaşlı insanlara, uşaqlılara kömək edirdi ki, Xocalıdan çıxarsınlar. Meşə ilə getdik. Dağ var idi. O dağla kəsə çıxmaq istəyirdik. Amma erməni əsgərləri qoymadılar çıxaq. Xüsusi dəhlizlərdə milləti ora yığıb öldürürdülər. Ermənilər bütün ağrı-acısını Xocalılardan çıxardırdılar. Əsgərlərdən xahiş etdilər ki, qocalara, qadınlara yol versinlər, kişilər qalsın. Amma razı olmadılar. 6 yaşlı bacım atamın belinə bağlanmışdı. Yaş yarımlıq bacımı da anam öz belinə sarımışdı. Mən də anamın əlindən tutmuşdum. Qardaşım da o biri əlindən. Dayım anama kömək etmək üçün qardaşım Anarı qucağına aldı. Dayım bir az getmişdir ki, dedi ki, Telmanı vurdular. Yəni atamı. Anam da araxaya baxanda gördü ki, atam yıxıldı. Anam atama tərəf qayıdanda anamı da vurdular. Amma mən başa düşmürdüm ki, atam-anam öldü.

Bacım ölmüş anamın döşün əmərək sağ qaldı...

Dayım, bacım, qardaşım və mən uçqunda daldalandıq. Həmin vaxt bacım ölmüş anamın döşünü əmərək sağ qaldı. Bütün dünya bilsin ki, ermənilər biz xocalıları və müsəlmanların başına nə oyun açdılar. Atam, anam, bacım, əmim şəhid oldular. Qardaşım eplepsiya xəstəsidir. Ermənilər ölü bilib, ölüsündən də əl çəkməyibdlər. Tüfənglə başına-başına döymüşdülər.

Xocalı sakini Rüstəmova Firuzə: - Dünyamızın dağılan günü idi o gün. Gözümüzün ağı-qarası bir qardaşımızı itirdik. Xalam oğlanlarını, anamızı itirdik. Bir evdən beş –altı insan Xocalıda qaldı. Yas-yasa qarışmışdı. Heç kim heç kimin yasına gələ bilmədi. Ağlaşmasında iştirak etmədi. Çünki bütün Xocalının yası idi. Xocalıdan bizi qardaşım çıxartdı. Heç kim köməyə gəlmədi. Milli Qəhrəman Rüstəmov Füzuli Salahoğlu mənim qardaşımdır.

Xocalı sakini Azad Kərimov II qrup Qarabağ əlili: - Gözümün qabağında atamın, qohumlarımın meyiti gəlir. Atam yanımdaca öldürüldü. O vaxtı 32 yaşım vardı. Məni ermənilər iki ay girov saxladılar. Sonra erməni qadınla dəyişdirdilər. Gün ərzində 4-5 dəfə döyürdülər. Barmaqlarımı sındırmışdılar. Onların birini şaqqalaysaydılar mənim kimi 3-4 nəfər adam çıxardı. Yəni elə güclü adamlara döyülürdüm. İndi də belə yarıcan yaşayıram da hələ ki. Keçmiş hakimiyyət dövründə əzilən də, qırılan da biz idik. Və günahı da bizdə görürdülər. Bugünkü gün dünyanın siması dəyişib. Dünya 50-60% ağı-qaradan ayıra bilir. Bilirlər ki, haqlı bizik. Amma niyə ədalətə rəvac vermirlər? Bax bunu bilmirəm. Biz heç kimin pəncərəsinə daş atmamışıq. Heydər Əliyev hakimiyyətə gələndən sonra dünyamız düzəlməyə başladı. Prezidentimiz İlham Əliyevin apardığı siyasət nəticəsində biz öz torpaqlarımıza qayadıb, bayrağımızı asacağıq. 

Qəbir evinə kimi bunu unutmayacağam...

Azad Kərimov söhbətinə davam edir:

- Atamla meşədəydik. Qarqar çayını keçəndə ayaqlarım yaş oldu. Don atmış ayaqlar... Siz təsəvvür edin də bu nə deməkdir. Meşədə qarın arasında "puşlat" tapdıq, atamla bunun üstünə uzandıq. Bədənimi hiss eləmirdim. Dişimlə ətimi dişlədim. Amma hiss eləmədim ki, öz-özümü dişləyirəm. Atama dedim ki, ayaqlarımı itirmişəm. O da dedi ki, ayağını qoy qoltuğumun altına. Ayağımı atamın qoltuğuna qoyanda bir az isindiyini hiss etdim. O epizod mənim yaddımdan çıxmaz. 

- Ağlayır. Bizə də bu vəziyyətdə söhbəti davam etdirmək çox mətin idi. 

1992-ci ildən sonra "qarlı qış" olmayıb...

Gözüyaşlı müsahibimiz acı xatirələrini dilləndirməyə davam edir:

- Bu hadisələrdən sonra içimiz də, çölümüz də soyuqdur. İnsan gərək daxilən isti olsun. Allah erməninin evini yandırsın. Bütün varlığımızı aldı bizdən. 1992-ci ildən sonra mən "qarlı qış" yaşamamışam. İndiki keçən qışlar, yağan qar elə-belə şeydir. Elə qar yağırdı, elə soyuq varıydı ki, təsəvvür edə bilməsiniz... 

Bu daşın altında kim var ki?..

Birinin villası var. Birinin var-dövləti var. Kimsə o var-dövləti arzulayır. Amma mən atamın qəbrinin olmasını istəyirəm. Gedim ziyarət edim, gül qoyum. Hər il gəlirik bu heykəli ziyarət edirik. Nə olsun, onun altındakı heç kim yoxdur? Qanı qanımızdan, canı canımızdan, ruhu ruhumuzdan olan insanlarımızki burada əbədiyyətə qovuşmayıb. Belə mənim kimi milyonlarla insanlar var.

Nəsil-kökün 70 faizi yoxdur...

Xocalı camaatı hamısı bir-birinə qohumdur. Şəhid olanlar, əsirlikdə qalanlar bizim əzizlərimizdir. İki əmioğlu, əmim arvadı Xocalıda öldürüldü. Hansını deyim ey bunun?

- Yenə ağlamağa davam edir.

Bütünlükdə götürəndə nəsil-kökün 70 faizi yoxdur. Mənim oğlum o vaxtı bələkdə gəlmişdi. İndi onun bələkdə övladı var. Tarixi unutdurmuruq. Mən deyirəm ki, evimiz belə olub, bağımız elə olub. Nə olsun, deməklə nə olacaq axı? Gərək unutmasınlar, övladlarımıza bələkdəykən həqiqətləri aşılasınlar. Necə ki, erməni dünyaya gələn uşağının qulağına türk sənin düşmənindir deyir. Biz də Qarabağ bizimdir, ermənilər təcavüzkardır bunu uşaqlarımızın qulağına pıçıldayaq.

Xocalı sakini Vəsilə Həsənova: Meyitlərin başı ilə futbol oynayırdılar.

Xocalı soyqırımı zamanı 13 yaşım vardı. O günü çox pis xatırlayıram. Yaddaşımda unudulmayan bir gün idi, o gün. Meyitləri pis günə qoydular. İnsanları öldürürdülər. Sonra meyitin üzərinə təcavüz edir, başlarını kəsirdilər. Futbol topu kimi istifadə edirlər. Atam yaralı bacımı və onun yoldaşını Ağdam xəstəxanasına gətirdi. Döndü yenə Xocalıya. Sonra özü də heç qayıtmadı. Heç onun şəkli də yoxdur. Ağdamda məscidlərin içərisinə girdim. Atamın meyitini axtardım, amma tapa bilmədim. Hər gün gözüm yoldadır. Elə bilirəm ki, gələcəklər. 

Xəbərlər     Baxılıb: 3498   Tarix: 26 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bunları edin, gün boyu enerjili QALIN

Yaz ayları bədənin mövsüm dəyişikliyinə uyğunlaşmağa çalışdığı və bu səbəbdən daha həssas olduğu dövr kimi xarakterizə olunur. Mütəxəssislər düzgün qidalanma ilə bu dövrün daha enerjili və sağlam keçməsinin mümkün olduğun

.

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

.

Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar

Buz tətbiqi digər adı ilə kriyoterapiya, sağlamlıq və ya reabilitasiya məqsədilə soyuq kompres, buz masajı və ya üz vannası vasitəsilə həyata keçirilən soyuq müalicə üsuludur. Bu prosedur adətən nazik bir parçaya bükülmü

.

Alma sirkəsi şəkər xəstələrini sağaldır?

Elmi sübutlar göstərir ki, alma sirkəsi qan şəkəri səviyyəsi üçün faydalı ola bilər. -a istinadən xəbər verir ki, tədqiqatçılar 15 sağlam insanı altı sınaq yeməyinə məruz qoyublar. Təsadüfi olaraq təyin olunmuş yeməklər zeytu

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər

Xörək duzu maddələr mübadiləsinin normal gedişində, sinir və əzələ fəaliyyətində, həmçinin orqanizmdə maye balansının qorunmasında mühüm rol oynayır. xəbər verir ki, həkimlərin sözlərinə görə, yetkin insanların gündəlik minimu

.

Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil

Son illərdə kosmetoloji xidmətlər arasında dəriyə təmizləmə (cistka) proseduru xüsusilə populyarlaşıb. Bir çox insan bu üsuldan sızanaqların azaldılması, məsamələrin təmizlənməsi və daha "təmiz görünən" dəri əld

.

Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?

Batat - şirin kartof kimi tanınan tərəvəz adi kartofa bənzəsə də, daha incə, iri və şirin dadı ilə seçilir. bildirir ki, son zamanlar ölkədə bazar və marketlərdə çox görünən, amma qiyməti dodaq uçuqlatan şirin kartof insa

.

Neçə dəqiqəyə günəş yanığı yaranır?

Araşdırmalara əsasən, dəri günəşin təsirindən cəmi 15 dəqiqə sonra zədələnməyə başlaya bilər. . -a istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, açıq rəngli dəriyə sahib insanlar tünd dərili şəxslərlə müqayisəd

turlar.az

maskalar reseptler gözəllik məhsulları aysel əlizadənin toyu maraqli toy ideyalari yemək resepti sidik yolu infeksiyalari kosmetika turpun nağlı bayatılarımızda vətən həsrəti efsane ana haqqinda bayati novruz